Icma.az
close
up
RU
Prezident yeni təyin olunan icra başçılarına verdiyi tapşırıqlar xalqa xidmətin aydın manifestidir

Prezident yeni təyin olunan icra başçılarına verdiyi tapşırıqlar xalqa xidmətin aydın manifestidir

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci il noyabrın 12-də Prezident İlham Əliyevin Naxçıvana təyin etdiyi Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin etdiyi icra başçılarını qəbul etdiyi zaman verdiyi tapşırıq və tövsiyələr bir daha göstərdi ki, Azərbaycan dövlətinin idarəçilik fəlsəfəsi xalqa xidmət, ədalət və şəffaflıq prinsiplərinə əsaslanır.
 

Bu tapşırıq və tövsiyələr həm yeni təyin olunan məmurlar üçün strateji yol xəritəsi, həm də dövlət idarəçiliyinin mahiyyətini əks etdirən siyasi bəyanat kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, rəhbər vəzifə daşıyan hər bir şəxs xalqa xidmət missiyasını öz fəaliyyətinin mərkəzinə qoymalıdır.


O, qeyd etdi ki, “ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” hər bir rəhbərin başlıca vəzifəsidir. Dövlət başçısının bu çağırışı məmurlardan təvazökarlıq, dürüstlük və məsuliyyət tələb edən yüksək dövlətçilik mədəniyyətinin təzahürüdür.
Prezident çıxışında həmçinin korrupsiya və rüşvətxorluğa qarşı sərt mövqe nümayiş etdirərək bildirdi ki, qanunsuzluğa yol verən hər bir şəxs qanun qarşısında cavab verməli olacaq.
O, məmurların təkəbbür və harınlıqdan uzaq durmasının vacibliyini bir daha vurğuladı, dövlətin və xalqın etimadını itirən şəxslərin heç bir halda cəzasız qalmayacağını diqqətə çatdırdı. Bu, Prezidentin illərdir davam edən təmiz, vicdanlı və peşəkar idarəetmə siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini sübut edir.
Prezidentin nitqində ölkənin sosial və iqtisadi inkişafı da xüsusi yer tutdu.
Dövlət başçısı qeyd etdi ki, son illərdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində bütün bölgələrdə enerji, nəqliyyat, su və sosial infrastruktur sahələrində əsaslı dönüş əldə olunub. Yeni yollar, içməli su layihələri, məktəblər, xəstəxanalar və idman obyektləri Azərbaycanın hər guşəsində rifahın və dövlət qayğısının real göstəricisidir.
 

Prezident İlham Əliyev vurğuladı ki, sosial ədalət və şəffaflıq prinsipləri idarəetmənin təməlini təşkil etməlidir. O, qeyd etdi ki, artıq qanunsuz tapşırıqlar dövrü arxada qalıb, dövlət idarəçiliyində şəffaflığın təmin olunması və kadr islahatlarının davam etdirilməsi əsas prioritetdir. Prezidentin sözlərinə görə, yalnız vicdanlı, təmiz və peşəkar kadrlar dövlətin gələcək inkişafını təmin edə bilərlər.


Dövlət başçısı bölgələrdə məşğulluğun artırılması, sahibkarlığın dəstəklənməsi və kənd təsərrüfatının inkişafını vacib istiqamətlər kimi göstərdi. O, qeyd etdi ki, yeni iş yerlərinin yaradılması, sahibkarlara güzəştli kreditlərin verilməsi və özünüməşğulluq proqramlarının genişləndirilməsi regionların iqtisadi potensialını artırır və miqrasiyanın qarşısını almağa xidmət edir.
Prezident çıxışında ekologiya və ətraf mühitin qorunması məsələsinə də xüsusi diqqət ayırdı.
Onun “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi Azərbaycanın ekoloji yenilənmə strategiyasının simvoluna çevrildi. Dövlət başçısı çay məcralarının dəyişdirilməsi, torpaqdan səmərəsiz istifadə və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması barədə tapşırıqlar verərək ekoloji tarazlığın qorunmasının dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu bir daha vurğuladı.
Sonda Prezident İlham Əliyev məmurlara etimad göstərildiyini, bu etimadın əməli fəaliyyətlə doğruldulmasının vacibliyini qeyd etdi.
 

O, bildirdi ki, xalqa sədaqətli xidmət, təvazökarlıq, dürüstlük və məsuliyyət hər bir rəhbərin əsas meyarı olmalıdır. Prezidentin sözlərinə görə, yalnız bu dəyərlərə sadiq qalan rəhbərlər xalqın rəğbətini qazanacaq və dövlətin inkişafına real töhfə verəcəklər.


Bütövlükdə, Prezident İlham Əliyevin Naxçıvana təyin etdiyi Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin etdiyi icra başçılarını qəbul etdiyi zaman verdiyi tapşırıq və tövsiyələr və söylədiyi fikirlər dövlət idarəçiliyinin əsas prinsiplərini müəyyən edən, xalqa xidmət və sosial ədalət ideyasını bir daha təsdiqləyən proqram xarakterli çıxış kimi tarixə düşdü.
Vasif Qafarov, Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri