Icma.az
close
up
RU
Prezidentdən Ermənistana mesaj İrəvan nəticə çıxarmalıdır

Prezidentdən Ermənistana mesaj İrəvan nəticə çıxarmalıdır

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Postmüharibə dövründə Azərbaycan qalib dövlət kimi sülh müqaviləsinin imzalanması təklifini irəli sürsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından bu günə kimi proses məntiqi sonluqla yekunlaşmayıb".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O bildirib ki, bölgəmizdə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olan dövlətimizin irəli sürdüyü şərtlər beynəlxalq hüquqa tamamilə uyğun olsa da, Ermənistan konstruktiv mövqe ortaya qoymaq əvəzinə manipulyasiya ilə məşğuldur:

"Sülh müqaviləsinin imzalanması üçün iki şərtin qəbul edilməsi gündəmdədir ki, bunun biri Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirdi ki, biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq. Dövlət başçısı bildirdi ki, realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik. Bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.

Deməli, dövlət başçısının ifadə etdiyi kimi top ermənilərin tərəfindədir. Əgər Ermənistan regionda sülhün yaranmasında, sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, onda şərtləri yerinə yetirməlidir. Yeni hücum silahlarının alınması, şərti sərhəddə törədilən təxribatlar, mövqelərimizin atəşə tutulması heç bir halda sülhə və sabitliyə xidmət etmir. Ermənistanın havadarlarına arxalanaraq tutduğu bu mövqe yalnız yeni gərginlik ocaqlarının yaranmasına zəmin yaradır".

"Ermənistanda güclü revanşist qrupların mövcudluğunu da nəzərə alsaq, prosesin hansı istiqamətdə inkişaf edəcəyi Paşinyan hakimiyyətinin siyasətindən asılı olacaq. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edən, ərazisində separatçılığın kökünü kəsən qalib və güclü dövlət kimi sülhün tərəfində olsa da, istənilən varianta hazırdır. Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda da qeyd etdi ki, bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq. Biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq", - deyə deputat fikrini yekunlaşdırıb.

Milli Məclisin deputatı Rizvan NəbiyevOxu.Az-a açıqlamasında bildirib ki, Prezidenti İlham Əliyev forum çərçivəsində çox haqlı olaraq belə bir nəticəni vurğuladı ki, Ermənistanda revanşist qüvvələri iki yerə bölmək olar:

"Bunlar passiv revanşist qüvvələrdir ki, işğalın səbəbkarları idi və bu gün də bu qüvvələr yeni ərazi iddiaları, yeni müharibə həvəsi ilə öz siyasi gündəliklərini formalaşdırmağa cəhd edirlər. İkinci qüvvələr isə aktiv revanşist qüvvələrdir ki, bunların içərisində Ermənistan hökumətinin əksər üzvləri və yaxud da Ermənistan hökuməti orada yer alır. Bu qüvvələr sözdə sülh sazişini davamlı olaraq gündəmə gətirsələr də, real hərəkətləri ilə bunun əksinə addım atırlar. Dövlət başçısı misal olaraq Ermənistan konstitusiyasında, onun preambulasında Azərbaycana qarşı ərazi iddiası və bu iddianın aradan qaldırlması istiqamətində konkret addımların atılmadığını, həmçinin müharibənin qalığı olan ATƏT-in Minsk qrupunun bu gün də anlaşılmaz səbəblərdən de-yure saxlanıldığını bildirdi. ATƏT-in Minsk qrupu de-fakto olaraq öz mandatını itirib, münaqişə başa çatıb, amma bunun de-yure ləğvi üçün Ermənistan tərəfindən addımlar atıldığını görmürük. Məsələnin bu şəkildə inkişafını Prezident kapitulyasiyaya uğramış Ermənistana münasibətdə xaricdəki dairələrin səhv yanaşması ilə əlaqələndirdi. Tarixdən bəllidir ki, kapitulyasiyaya uğramış dövlətə qarşı beynəlxalq birlik məğlub dövlət yanaşmasına uyğun strategiya sərgiləyib, lakin Ermənistana münasibətdə onun havadarları, konkret olaraq adı çəkilən Fransa, keçmiş Blinken administrasiyası yanlış strategiya ortaya qoyub. Bu gün də Ermənistanın sürətlə silahlanması həyata keçirilir. Azərbaycan dövləti də bu məqama görə müharibədən beş il keçməsinə baxmayaraq, həm də 30 il işğala məruz qaldığı məqamı da nəzərə alaraq öz müdafiə qabiliyyətini artırmaq məcburiyətindədir".

"Başqa bir məsələ isə ortaq hədəflərlə bağlıdır ki, bu istiqamətdə Ermənistanla etimad tədbirlərinin yaradılması çox vacibdir. Amma bunun üçün də Ermənistan konkret addımlar atmalıdır. Bu etimad tədbirləri qısa müddətə formalaşa bilməz, zaman tələb edir. Amma bu istiqamətdə də biz Ermənistanın addımlarını müşahidə etmirik. Ermənistan özünün izolyasiya siyasətini davam etdirir. İşğal dövründə bu, özünü bir formada göstərirdi, indi də başqa formada. Ermənistan Cənubi Qafqazın siyasi, iqtisadi vahidliyini pozub, istər ekoloji, istər siyasi, istərsə də işğaldan azad edilən ərazilərdə Azərbaycanın milli-mədəni abidələrinin dağıdılması ilə. Bütün bunlar beynəlxalq humanitar hüquqla tamamilə ziddiyyət təşkil edir. Azərbaycan isə bunun tam əksinə olaraq həm İkinci Qarabağ müharibəsi, həm də birgünlük antiterror əməliyyatı zamanı beynəlxalq hüquqa uyğun hərəkət etdi. Çünki mülki əhalidən qisas almaq heç vaxt Azərbaycan hökumətinin hədəfi olmayıb. Azərbaycan döyüş meydanında öz sözünü deyərək, ərazi bütövlüyünü və suverenliyini bərpa edib".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see602

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see411

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see278

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see276

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see275

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see273

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see272

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see259

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see257

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see256

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see251

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see238

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see232

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see225

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see219

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see218

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see216

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see200

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see195

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri