Icma.az
close
up
RU
İrəvan Hikmət Hacıyevin çağırışından ciddi nəticələr çıxarmalıdır...

İrəvan Hikmət Hacıyevin çağırışından ciddi nəticələr çıxarmalıdır...

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

44 günlük Vətən müharibəsinin nəticələrinə nəzər salmaq bu məsələdə Ermənistana kömək edə bilər...

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan hökumətinə çağırış edib. Ermənistanda gənclər arasında revanşist meyillərin müşahidə edildiyinə diqqət çəkən Hikmət Hacıyev, bunun təəssüf və narahatlıq doğuran məqam olduğunu bildirib:

“Daha bir narahatedici məqam revanşizmin Ermənistan gəncləri arasında da yaşamasıdır. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər. Bu, narahatedici haldır. Buna görə də Ermənistan hökumətini öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmağa çağırırıq”.

Hikmət Hacıyevin Ermənistan hökumətinə sözügedən çağırış regionun bu günü ilə yanaşı, gələcəyi baxımından da mühüm əhəmiyyətə malikdir. Ermənisatnda revanşizm meyillərinin mövcudluğu gələcəkdə Cənubi Qafqaz regionunda yeni bir qarşıdurmaya gətirib çıxara bilər ki, bu da bütün bölgədə sabitliyin pozulması deməkdir. Odur ki, gələcəkdə bu cür halların yaşanmaması üçün Ermənistan cəmiyyətində revanşist meyillərin neytrallaşdırılması, gələcək qarşıdurmalara səbəb olacaq zəminin ortadan qaldıırlması zəruridir.

Bu baxımdan, Hikmət Hacıyevin İrəvana çağırışı Azərbaycan və Ermənistanla yanaşı, bütün regionda sülhün qorunması, sadəcə hökumətlər arasında deyil, həm də xalqlar arasında sülhün formalaşması baxımından mühüm önəm kəsb edir.

Əslində Ermənistanda revanşizmin aradan qaldırılması hər şeydən öncə bu ölkənin özünün gələcək inkişafı və təhlükəsziliyi baxımından vacibdir. Bu məsələdə 44 günlük Vətən müharibəsinin nəticələrinə nəzər salmaq Ermənistan hökumətinə doğru qərarlar verməkdə kömək edə bilər. Çünki heç kimə, eləcə də Ermənistan rəhbərliyinə sirr deyil ki, yeni bir qarşıdurma Ermənistan üçün yeni məğlubiyətdən başqa bir şey deyil. Ona görə də Hikmət Hacıyevin çağırışını dinləmək, Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı sülh siyasətini səmimi şəkildə dəstəkləmək Ermənistanın özünün təhlükəsizliyi və tərəqqisi deməkdir.

Ümid edək ki, rəsmi İrəvan Hikmət Hacıyevin bu çağırışından lazımi nəticə çıxaracaq və revanşizmin Ermənistanı yeni bir fəlakətə uğratmasına imkan verməyəcək.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Oktyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri