Icma.az
close
up
RU
Kreml də İrəvan kimi tarixin acı dərslərindən nəticə çıxarmalıdır, yoxsa…

Kreml də İrəvan kimi tarixin acı dərslərindən nəticə çıxarmalıdır, yoxsa…

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı sistemli xarakter alan total informasiya hücumunu təkcə rəsmi Bakıya təzyiq və təhdid kimi xarakterizə etmək yanlışlıq olardı. Moskvanın Azərbaycana təzyiqini imperiya siyasətindən irəli gələn daha geniş coğrafiyaya Cənubi Qafqaza, Mərkəzi Asiyaya təzyiq kimi xarakterizə etmək lazımdır. Bu da təsadüfi deyil. Çünki Mərkəzi Avrasiyada geosiyasi münasibətlər sistemində Azərbaycan müasir şəraitdə təbii sərvətlərlə zəngin olan Xəzər hövzəsi və Mərkəzi Asiya bölgəsində geostrateji rəqabətin mərkəzində açar ölkə hesab olunur. Açar ölkə olan Azərbaycan hazırda Mərkəzi Avrasiya məkanında logistik qovşağa çevrilməklə bu coğrafiyada yeni reallıqlar yaradan ölkəyə çevrilməkdədir.  

Əvvəlki dövrlərdən fərqli olaraq yeni dünya düzəni uğrunda gedən mübarizədə beynəlxalq münasibətlər sistemində hamılıqla qəbul olunmuş oyun qaydaları artıq yoxdur. Bu da bir çox hallarda proqnozlaşdırılması mümkün olmayan bir vəziyyət yaradır. Yəni dünyanın bir çox bölgəsində olduğu kimi, Qara dəniz-Qafqaz-Xəzər geosiyasi məkanı uğrunda rəqabət aparan bir-birinə zidd güclərin qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığı ilə deyil, toqquşması ilə müşayiət olunur. Nəticədə imperiya maraqlarından çıxış edən ölkələr maraqlarını təmin etmək üçün bu coğrafiyada yerləşən ölkələrə qarşı təzyiq və təhdid siyasətindən istifadə edirlər.

Yeni düzən uğrunda gedən savaşda Azərbaycanın xarici siyasəti çoxvektorlu prinsipə əsaslandığından, Bakı bütün tərəflərlə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq formatlarına üstünlük verir. Bunun nəticəsidir ki, Azərbaycan şərq-qərb arasında olduğu kimi, şimalla cənub arasında bir qovşaq rolunda çıxış edir. Bundan əlavə Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında bir vasitəçi roluna iddialıdır və bu istiqamətdə də üzərinə götürdüyü missiyanı uğurla həyata keçirməkdədir. Yürüdülən uğurlu çoxvektorlu siyasət Azərbaycanı Avrasiya coğrafiyasında regional oyunçu kimi çıxış etməsinə geniş imkanlar yaradıb.

Digər mühüm məqam isə ondan ibarətdir ki, Cənubi Qafqazda dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlıq əlaqələrinin yaranmasına xidmət edən və siyasi gündəliyi müəyyən edən Azərbaycandır. Azərbaycanın bu liderliyini Ermənistan tərəfi də anlamağa başlayıb və Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək kənar vasitəçilərin iştirakı olmadan ikitərəfli formatda danışıqların davam etdirilməsi yolunu seçib. İrəvan və Bakı məhz ikitərəfli formatda aparılan danışıqlarda tez bir zamanda ciddi irəliləyişlər əldə edərək sülh sənədindəki bütün müddəalarda razılığa gəliblər. Hazırda isə bölgədə dayanıqlı sülhü, sabitliyi, sıx əməkdaşlıq formatının yaranmasını təmin edən məsələlər üzərində danışıqlar gedir və Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizi ilə bağlı məsələdə demək olar ki, mövqelərdə çox ciddi yaxınlaşma mövcuddur. 

İrəvan artıq dərk etməyə başlayır ki, Azərbaycanın yaratdığı reallığı qəbul etmədən və razılaşmadan Ermənistan nə üzləşdiyi böhrandan çıxacaq, nə də müstəqil dövlət kimi formalaşacaq. 

Bu da təbii ki, ilk növbədə Rusiya və İranı ciddi narahat edir. Bilirlər ki, bu iki ölkə öz arasında razılığa gələrsə, onlar bölgədəki bütün təsir imkanlarından məhrum olacaqlar. Ona görə də Moskva və Tehran bölgədə təsir imkanlarını təmin etmək üçün hər iki ölkəyə müxtəlif formada sistemli şəkildə total xarakterli təzyiq və təhdid siyasətini həyata keçirməkdədir. 
Hələ uzun illər öncə məşhur amerikalı strateq Zbiqnev Bjezenski ölümündən bir müddət əvvəl Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikrini belə izah edirdi:

“Azərbaycan və Ermənistanın problemi öz xeyrinə həll eləmək təşəbbüsü Rusiyanın müqavimətinə tuş gələcək. Regionda qəti dominantlığa nail olmaq üçünsə Moskvaya Ermənistan yox, Azərbaycan lazımdır. Deməli, Bakı ilə münasibətlər, Azərbaycanın Rusiya strukturlarına inteqrasiyası və Azərbaycanın xarici siyasətində Moskvanın rolunun artması sanksiyalar və izolyasiya şəraitində olan Kreml üçün daha vacibdir, nəinki Ermənistan faktoru. 
Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək ki, buna da hazır olmaq lazımdır. Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib”.

Bjezinski onu da qeyd edib ki, ancaq istək və fəaliyyət olarsa, bunu dəyişmək mümkündür.
Azərbaycanın mövqeyi bəllidir. Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli mövqeyi ortadadır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistə “işğalla barışmayın” fikri təkcə Ukraynaya aid deyildi. Bu, əslində, postsovet ölkələrinə və dünyada müstəqillikləri uğrunda neokolonialist siyasət yürüdən ölkələrə ünvanlanan bir mesaj idi. 

Prezident İlham Əliyev bununla həm də mesaj verirdi ki, Azərbaycana qarşı da belə cəhdlər var, amma bu cəhdlər mənasızdır. Bu cür təhdid və təzyiqlərlə Azərbaycanı yürütdüyü siyasətdən və yolundan döndərmək mümkün deyil. Çünki Azərbaycan İkinci Qarabağ savaşından sonra nəinki bölgədə, bütövlükdə Avrasiya coğrafiyasında elə bir reallıq yaradıb ki, bu geriyədönməz xarakter alıb. Moskva və Tehran Bakının yaratdığı realığa uyğun addım ataraq bu reallıqlardan faydalanmağa çalışsa daha yaxşı olar. Yoxsa bu, Moskva üçün vaxt itkisi ilə yanaşı, itirən tərəf olacaq. Kreml şovinizm, imperiya siyasətindən əl çəkməyincə normal inkişafa, rifaha qovuşmayacaq, əksinə, böhrana və dərin bataqlıqlara sürükləyəcək.

Moskva anlamalıdır ki, üzləşdiyi indiki mövcud vəziyyətdə Azərbaycanla münasibətlərini kəskinləşdirməsi Rusiyanın deyil, onun əleyinə çıxan, daha da zəifləməsinin tərəfdarı olan qüvvələrin marağındadır.   

Moskva onu da yadından çıxarmamalıdır ki, Azərbaycana imperiya marağına xidmət edən siyasətini hərbi güc yolu ilə diktə etməyə çalışsa da, nəticəsi uğursuz olub. Bu istər qanlı 20 Yanvar hadisəsi olsun, istər Ermənistan vasitəsilə rus ordusunun Azərbaycan torpaqlarının işğalı və digərləri olsun. Sonda Azərbaycan qələbə çalıb. Bundan sonra da Rusiyanın imperiya maraqlarına xidmət edən siyasəti iflasa məhkum olacaq.  Necə deyərlər, Kreml də İrəvan kimi yaxın tarixin acı dərslərindən nəticə çıxarsa yaxşı olar.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Avqust 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri