Prezidentdən Qarabağ ın tarixi qələbəsi ilə bağlı paylaşım
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident İlham Əliyev "Qarabağı" təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. "Qarabağ"ın Avropanın köklü klublarından biri olan "Benfika" ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ"la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm".
Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.
— İlham Əliyev (@azpresident) September 17, 2025
“Qarabağ”ın Avropanın köklü klublarından… pic.twitter.com/7mElqtaV81
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Sentyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















