Icma.az
close
up
RU
Prezidentdən tarixi mesajlar Vaşinqton razılaşması qarşıdurmanın və gərginliyin sonu deməkdir ŞƏRH

Prezidentdən tarixi mesajlar Vaşinqton razılaşması qarşıdurmanın və gərginliyin sonu deməkdir ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla əldə edilən anlaşmalardan tutmuş beynəlxalq gündəmdə olan ən müxtəlif məsələlərə geniş yer ayırıb. Bir sıra vacib məqamlara aydınlıq gətirən bu müsahibə uzun müddət diqqət mərkəzində qalacaq. Dövlət başçısının səsləndirdiyi fikirlər, verilən mesajlar ətrafında geniş təhlillər və fikir mübadiləsi aparılacaq. Və təbii ki, ən diqqət çəkən məqam Vaşinqtonda imzalanan tarixi sənədlə bağlıdır. Nüfuzlu telekanalın əməkdaşının da qeyd etdiyi kimi bütün dünya tarixi günlər yaşayır.

Beləliklə, Birgə Bəyannamə ilə bağlı məsələlərə toxunan Azərbaycan Prezidenti vurğulayıb ki, avqustun 8-də Vaşinqtonda baş verənlər, əslində, Cənubi Qafqazda qarşıdurmanın və gərginliyin sonu deməkdir. Otuz ildən çox davam edən işğala 44 günlük Vətən müharibəsi nəticəsində son qoyuldu və Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı.

Prezident də müsahibəsində bu məsələyə toxunub və məhz Azərbaycanın Ermənistanla sülh prosesinə başlamağı təklif etdiyini vurğulayıb.

Vaşinqton razılaşması münaqişənin, müharibənin sonudur

“Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır”, – Prezident bəyan edib. Bir neçə il davam edən danışıqlar nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur”. Ermənistan həmin müddəaya dəyişiklik etdikdən sonra formal olaraq sülh sazişi də imzalanacaq.

Prezidentin səsləndirdiyi digər tarixi bir mesaj ondan ibarətdir ki, Vaşinqton sazişi Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

İndi hər kəsin diqqəti Ermənistana yönəlib və buna da əsas var. Ölkə daxilində siyasi gərginliyi qoruyub saxlayan daxili və xarici qüvvələr sülh sazişini hədəfə alan açıqlamalar verir, qisas çağırışları ilə çlər. Prezident də bu məsələlərin narahatçılıq doğurduğunu deyib. Və ümid edib ki, sülh prosesinə heç bir müdaxilə olmayacaq. “Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər”.

Bu səbəbdən də Prezidentin söylədiyi fikirləri həm də həmin qüvvələrə və onların havadarlarına mesaj kimi də dəyərləndirmək olar. Yəni, razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Və ardınca Prezident sual edib – əgər onlar bu razılaşmanı pozsalar, bundan nə qazanacaqlar? “Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.

 “Biz onların bizə etdiklərini etməyəcəyik”

Ermənistan həm işğaldan əvvəl, həm də sonrakı illərdə Azərbaycan torpaqlarında olmazın vəhşiliklər, soyqırımlar törətdiyi faktdır. Bu yaralar xalqımızın yaddaşında dərin iz, bir qisas almaq hissi yaradıb. Çoxları da gözləyirdi ki, Azərbaycan da analoji addımlar atacaq. Lakin nə 44 günük müharibə, nədə ki, sonralar- 2023-cü ilin antiterror əməliyyatları zamanı bir dinc sakinə qarşı zorakılıq qeydə alınmadı. Qarabağdan könüllü çıxan erməni sakinlərə hər cür şərait yaradıldı. Prezident də müsahibəsində buna yer verib: “2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayətləri idi”. Bu fikirlər də Azərbaycanın sülhsevər mövqeyini ortaya qoyur. Ən əsası bölgədə sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıdır.

“Vaşinqton razılaşması iki dövlətin razılaşmasıdır, Paşinyan və mənim yox”

 Qeyd edək ki, Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti həm də ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Prezident həm də Ermənistanda müəyyən qüvvələri və onlara dəstək verənləri hədəfə alıb. Bildirib ki, “əgər onlar Azərbaycanın ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.

Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır

Prezident müsahibədə Vaşinqtonda əldə olunan digər tarixi razılaşmadan – Zəngəzur dəhlizinin açılmasına xüsusi yer ayırıb. Onun sözlərinə görə, Prezident Tramp və onun komandası sülh prosesinə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır: “Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Bəyan edib ki, bu layihənin çox yaxın zamanda reallaşacağına əmindir. “Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur.

 Azərbaycan təyyarəsinə atəş açılmamalı idi

Azərbaycan Prezidenti müsahibəsində mülki təyyarəmizin Rusiya tərəfindən vurulmasına toxunacağı da gözlənilən idi və belə də olub. Bildirib ki, “Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi”.

Təcavüz əlamətlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik

Rusiya tərəfi hadisənin üstündən 9 aydan da  çox vaxt keçsə də, nə rəsmi üzrxahlıq, nə kompensasiya görürük. Əksinə, Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. Soydaşlarımız qətlə yetirildi, işgəncələrə məruz qaldı. “Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik.

Prezidentin Rusiyanın hədə və təxribatçı addımlar ata biləcəyi barədə suala cavabı da maraq doğurur: “Onların Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.

Beləliklə, Azərbaycan Prezidenti növbəti müsahibəsi ilə dünyanın diqqət mərkəzində oldu. Prezident nüfuzlu televiziyaya verdiyi müsahibə ilə  növbəti dəfə Azərbaycanın Cənubi Qafqazda aparıcı lider dövlət kimi qətiyyətli mövqeyini və strateji hədəflərini bir daha ön plana çıxarıb. Bu müsahib Azərbaycanın qüdrətli dövlət kimi prinsipial mövqeyinin bəyan edilməsi, onun regional lider, beynəlxalq aləmdə artıq söz sahibi olduğunun göstəricisi hesab olunmalıdır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see247

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see206

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see155

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see149

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see148

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see146

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see140

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see133

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see133

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see128

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see127

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see127

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see123

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see123

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri