Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Prezidentdən xüsusi sərhəd mesajı KONKRET

Prezidentdən xüsusi sərhəd mesajı KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb. Bu forum çox mühümdür. Belə ki, forumda beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edir. Bu qədər şəxsin Bakıda bir araya gəlməsi, təxminən 600 iştirakçının müxtəlif təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparması bu platformanın regional xarakter daşımadığını göstərir.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, ümumiyyətlə, bu, 2023-cü ildən etibarən formalaşan davamlı dialoqun dördüncü forumdur. Əsas mövzunun təhlükəsizlik məsələləri olması, son illərdə dünya miqyasında təhlükəsizlik problemlərinin artması isə forumun əhəmiyyətini daha da artırır.

Forumun diqqət çəkən əsas məqam isə Prezident İlham Əliyevin iştirakçılara müraciəti oldu. Prezidentin, “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”, – fikri müasir beynəlxalq münasibətlərin praktiki reallığını ifadə edən, diqqət çəkən yanaşmadır. Çünki bu gün bir ölkədə meydana çıxan böhran yalnız həmin ölkənin siyasi və təhlükəsizlik mühitinə təsir göstərməklə məhdudlaşmır, enerji təchizatından nəqliyyat dəhlizlərinə, ərzaq bazarlarından maliyyə sistemlərinə, kiberməkandan informasiya mühitinə qədər bir-biri ilə bağlı çoxsaylı sahələrdə nəticələr doğura bilir. Belə bir şəraitdə milli təhlükəsizliklə beynəlxalq təhlükəsizlik arasındakı sərhədlər də əvvəlki qədər kəskin görünmür, hər bir dövlətin təhlükəsizlik gündəliyi getdikcə daha çox regional və qlobal proseslərlə əlaqələnir.

Məhz bu səbəbdən Prezident İlham Əliyevin, “Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”, – fikri forumun əsas ideoloji-siyasi xəttini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı, əslində bir daha təhlükəsizliyin yalnız ayrı-ayrı dövlətlərin öz sərhədlərini qoruması ilə təmin edilə bilməyəcəyini vurğulayır və məsuliyyətin kollektiv xarakter daşıdığını önə çəkir. Transmilli cinayətkarlıq, terrorçuluq, ekstremizm, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq kimi təhdidlərin heç birinin yalnız bir dövlətin imkanları daxilində tam nəzarətdə saxlanılması mümkün deyil. Bu təhlükələrin maliyyə, logistika, informasiya və texnoloji komponentləri müxtəlif ölkələrin ərazisindən keçə bildiyi üçün onlara qarşı mübarizə də dövlətlərarası koordinasiya, operativ məlumat mübadiləsi və peşəkar əlaqələrin davamlı saxlanılmasını tələb edir.

Təhlükəsizlik sahəsində əməkdaşlıq 

Forumun gündəliyinin aktual olmasının əsas səbəblərindən biri də təhlükələrin öz xarakterini dəyişməsidir. Əvvəllər təhlükəsizlik gündəliyinin əsas komponentlərini daha çox hərbi-siyasi və sərhəd təhlükələri təşkil edirdisə, hazırda kritik infrastrukturun qorunması, kibertəhlükəsizlik, maliyyə axınlarının izlənilməsi, informasiya məkanının təhlükəsizliyi, nəqliyyat və enerji sistemlərinin dayanıqlılığı kimi məsələlər də xüsusi xidmət orqanlarının fəaliyyətində getdikcə daha mühüm yer tutur. Prezidentin müraciətində enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, nəqliyyat və kommunikasiya əlaqələrinin də vurğulanması məhz təhlükəsizlik anlayışının kompleks xarakter aldığını göstərir.

Forumun Bakıda keçirilməsi də təsadüfi deyil. Azərbaycan son illərdə müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik, enerji, nəqliyyat və kommunikasiya məsələlərinin müzakirə olunduğu mühüm dialoq məkanlarından birinə çevrilib. Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri səviyyəsində təşkil edilməsi isə bu diplomatik və institusional platformaya ayrıca məzmun verir. Burada müxtəlif dövlətlərin mövqelərinin eyniləşdirilməsi deyil, mövcud fikir ayrılıqlarına baxmayaraq, ortaq təhlükələr barədə danışmaq və praktiki əlaqə kanallarını açıq saxlamaq imkanının yaradılması əsas məsələdir.

Prezident İlham Əliyev müraciətində “qarşılıqlı etimadın möhkəmləndirilməsi”, həmçinin “açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar” məsələsinə xüsusi diqqət çəkir. Çünki təhlükəsizlik sahəsində əməkdaşlığın digər sahələrdən mühüm fərqi ondan ibarətdir ki, burada məlumatın operativliyi qədər onun etibarlılığı, tərəfdaşlar arasında qarşılıqlı etimad və əlaqə kanallarının davamlılığı da mühüm rol oynayır. Müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik orqanları arasında ən azı konkret transsərhəd təhdidlər üzrə peşəkar dialoqun qorunması bir çox hallarda daha geniş siyasi fikir ayrılıqlarının yaratdığı boşluqların təhlükəsizlik sahəsinə keçməsinin qarşısını almağa imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Sentyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri