Prezidentin ad gününə həsr olunan “Zəngəzur yallısı” təqdim olundu
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu uzun zamandır üzərində çalışdığı “Zəngəzur yallısı” adlı layihəni təqdim edib.
Tədbirdə filologiya elmləri doktoru, xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, mədəniyyətşünas Sevda Güləliyeva, əməkdar mədəniyyət işçisi Nazim Kazımov, Xalq artisti Mənsum İbrahimov, Imıkdar artist Ramil Qasımov və Xalq artisti Ənvər Sadıqov çıxış edərək layihənin gələcək nəsillərə verəcəyi tövhələrdən danışıblar.
Milli musiqi irsimizin zəngin ənənələrini özündə əks etdirərək hazırlanan layihə, Hüseyn Məhəmmədoğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum gününə həsr olunub.
1 il müddətində ərsəyə gələn layihəyə azərbaycanlı sənət usataları ilə yanaşı, Türk musiqisinin məşhur klarnet ifaçıları da dəstək verib.
Xalq artisti Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimovla yanaşı, türkiyəli klarnet ifaçıları Serkan Çağrı, Hüsnü Şenlendirici, Volkan Öktən və Bülent Altınbaşla bir araya gələn Hüseyn Məhəmmədoğlu milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm rola malik musiqi əsəri ərsəyə gətirib.
Layihənin aranjemanı Coşqun Qadaşova, klipin rejisorluğu isə Cavid Cavadoğluna məxsusdur.
Klipdə Qarabağ atları və milli rəqslərimiz öz möhtəşəmliyi ilə izləyiciləri ovsunlayıb.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Dekabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















