Icma.az
close
up
RU
Millət vəkili: “Zəngəzur dəhlizi layihəsi Prezidentin müəllifliyilə reallaşacaq”

Millət vəkili: “Zəngəzur dəhlizi layihəsi Prezidentin müəllifliyilə reallaşacaq”

Icma.az, Operativ MM saytına istinadən bildirir.

"Növbəti tarixi günləri yaşayırıq və biz həqiqətən həm Qarabağda qazandığımız tarixi qələbələr, bir günlük antiterror əməliyyatı ilə suverenliyimizin tam bərpa etməyimiz, orda gördüyümüz quruculuq, bərpa-tikinti işləri, insanların böyük qayıdış çərçivəsində öz doğma yurdlarına qayıtmasını təmin etməyimiz, ölkəmizin cənab prezidentin uğurlu siyasəti nəticəsində son illərdə qlobal arenada qazandığı uğurlar, nüfuzunun artması hər birimizi bir azərbaycanlı olaraq qürurlandırır".

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan və Ermənistan arasında imzalanacaq olan sülh prosesindən danışarkən bildirdi.

“Təbii olaraq, bu gün Birləşmiş Ştatlarda baş tutacaq növbəti tarixi görüşün, Azərbaycan prezidenti ilə ABŞ prezidentinin görüşləri, iki ölkə arasında imzalanacaq sazişlər, artıq SOCAR-la ABŞ-nin ən böyük neft şirkətinin mübadilə müqaviləsinin imzalanması, strateji münasibətləri tənzimləyəcək bəyanatların veriləcəyi, sülh müqaviləsinin imzalanması üçün çərçivə sazişinin və yaxud maddələrin paraflanması və əsas da tarixi bir gün - Zəngəzur dəhlizinin açılması ilə bağlı olan məsələdir.

Artıq bu gün gecə biz hər birinin dəqiq məlumatlarını ala biləcəyik. Və təbii olaraq, hələlik verilən məlumatlara görə, səfər proqramı öz təsdiqini tapıb. Həm cənab prezident, həm Ermənistan baş naziri Donald Trampla ayrı-ayrılıqda görüşəcəklər, sonra birlikdə görüşlər, sənədlərin imzalanması mərasimləri baş tutacaq”.

Millət vəkili qeyd etdi ki, Zəngəzur dəhlizinin ABŞ-yə 99 illik icarəyə verilməsi və onu digər bir özəl şirkətə verməsi, təbii olaraq, uzun, 100 illik bir “qaranti çətiri” deməkdir. Digər məsələ, Azərbaycan cənab prezidentin layihəsi olan bu dəhlizin açılması, Azərbaycanın materik hissəsi və əsas hissəsi ilə həm quru yol, həm dəmir yolu ilə Naxçıvana keçidin bərpa olunmasıdır.

“Təbii olaraq, bu məsələ, növbəti tarixi uğurumuz və böyük qələbəmiz sayılmalıdır və bu layihə cənab prezidentin müəllifliyi ilə gerçəkləşəcək. Layihə hətta, Ermənistan üçün də hava-su kimi vacib və lazımdır və Ermənistan dövləti də özünün artıq uzun illər yaratdığı siyasəti nəticəsində düşdüyü dalandan çıxa biləcək və Ermənistanın inkişafına da böyük töhfə verəcək. Təbii olaraq, bütün bu məsələlər bu gün Vaşinqtonda bəlli olacaq. Amma biz artıq öncədən bilirik ki, tarixi qələbələrimiz davam edir və ABŞ-dəki, bu gün keçiriləcək görüşlər və cənab prezidentin Birləşmiş Ştatlara işgüzar səfəri, növbəti böyük uğurumuzdur və biz ölkəmiz üçün bu faydaları zaman-zaman daha dərindən görə biləcəyik”,- deyə Vüqar İskəndərov vurğuladı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 08 Avqust 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri