Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Prezidentin BMT çıxışı: Azərbaycan qlobal gücə çevrilirmi?

Prezidentin BMT çıxışı: Azərbaycan qlobal gücə çevrilirmi?

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın qlobal gündəmdə artan rolu və regional liderliyinin möhkəmlənməsi Prezident İlham Əliyevin BMT-nin mühüm platformalarından biri olan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına ünvanladığı müraciətdə bir daha aydın şəkildə öz əksini tapdı. Bu çıxış, təkcə diplomatik mesaj deyil, həm də Azərbaycanın müasir geosiyasi reallıqlar fonunda tutduğu strateji mövqenin konseptual təqdimatı kimi qiymətləndirilə bilər".

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, hazırkı beynəlxalq münasibətlər sistemi artan gərginliklər, regional münaqişələr və iqtisadi qeyri-sabitliklə xarakterizə olunur: “Cənab Prezident İlham Əliyev çıxışında bu reallıqları açıq şəkildə vurğulayaraq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin qorunmasının vacibliyini ön plana çəkdi. Bu yanaşma Azərbaycanın uzun illər üzləşdiyi işğal faktı və onun nəticələrinin aradan qaldırılması kontekstində xüsusi əhəmiyyət kəsb edir”.

Nicat İsmayılov

“Cənubi Qafqazda son illərdə baş verən transformasiyalar regionun siyasi xəritəsini köklü şəkildə dəyişib. Azərbaycanın öz suverenliyini tam bərpa etməsi və Ermənistanla normallaşma prosesinə start verməsi regionda uzunmüddətli sabitlik üçün yeni imkanlar yaradıb. Xüsusilə Vaşinqton Zirvə görüşü çərçivəsində əldə olunan razılaşmalar sülh gündəliyinin praktik mərhələyə keçdiyini göstərir”-deyən politoloq bildirib ki, bu gün artıq tərəflər arasında ticarət əlaqələrinin formalaşması, qarşılıqlı səfərlərin təşkili və tranzit imkanlarının açılması etimad mühitinin yaranmasına xidmət edir. Bu isə regionda yeni iqtisadi inteqrasiya mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Politoloq vurğulayıb ki, Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri post-münaqişə dövrünün ən mühüm prioritetlərindən biridir. “Böyük Qayıdış” proqramı çərçivəsində on minlərlə insanın doğma torpaqlarına qayıtması dövlət siyasətinin humanitar və sosial yönümünü açıq şəkildə nümayiş etdirir: “Bununla yanaşı, mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Bu məsələ təkcə Azərbaycanın deyil, bir çox ölkələrin üzləşdiyi qlobal humanitar çağırışdır və beynəlxalq əməkdaşlığı zəruri edir. Son iki onillikdə Azərbaycanın iqtisadi inkişaf modeli uğurlu transformasiya nümunəsi kimi diqqət çəkir. İqtisadiyyatın dörd dəfə artması, yoxsulluq və işsizlik səviyyəsinin minimuma enməsi, sosial rifahın yüksəlməsi həyata keçirilən strateji islahatların nəticəsidir”.

Nicat İsmayılov bildirib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyi və bu istiqamətdə əldə etdiyi nailiyyətlər ölkənin beynəlxalq öhdəliklərə məsuliyyətlə yanaşdığını göstərir.

Politoloq hesab edir ki, müasir geosiyasi şəraitdə Azərbaycanın nəqliyyat və logistika imkanları xüsusi önəm qazanır: “Orta Dəhliz və Zəngəzur Dəhlizi kimi layihələr Asiya ilə Avropa arasında yeni iqtisadi körpü rolunu oynayır. Bu təşəbbüslər yalnız regional deyil, qlobal ticarət sisteminə də mühüm töhfə verir. Eyni zamanda, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi çıxış edərək Avropa və digər regionların enerji təchizatında mühüm rol oynamaqda davam edir”.

“Azərbaycanın son illərdə bir sıra nüfuzlu beynəlxalq platformalarda fəal iştirakı və sədrliyi onun artan diplomatik çəkisinin göstəricisidir. Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər qurumlarda fəallıq ölkənin çoxtərəfli əməkdaşlığa verdiyi önəmi əks etdirir. Bununla yanaşı, Azərbaycanın COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin ölkəyə olan etimadının bariz nümunəsidir. Azərbaycanın yaxın perspektivdə ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiya ölkənin dayanıqlı şəhərsalma sahəsində topladığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşmək üçün mühüm platforma olacaq”-deyən politoloq qeyd edib ki, Prezident İlham Əliyevin BMT ASİSK-in 82-ci sessiyasına müraciəti Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda da artan rolunun, strateji baxışının və məsuliyyətli tərəfdaş imicinin kompleks ifadəsidir.

Politoloqun fikrincə, bu çıxış bir daha göstərir ki, Azərbaycan post-münaqişə dövründə sülh, əməkdaşlıq və dayanıqlı inkişafın əsas təşəbbüskarlarından biri kimi çıxış edir və beynəlxalq sistemdə öz mövqeyini ardıcıl şəkildə gücləndirir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri