Icma.az
close
up
RU
Prezidentin çıxışı Azərbaycan idmanının uğurlarını əks etdirir

Prezidentin çıxışı Azərbaycan idmanının uğurlarını əks etdirir

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


"Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı Azərbaycan idmanının uğurlarını və dövlətin bu sahəyə verdiyi önəmi bir daha ortaya qoyur. Dövlət başçısının da vurğuladığı kimi, bu il idmançılarımız beynəlxalq yarışlarda rekord nəticələr göstərmiş, 2000-dən çox medal, o cümlədən 600-dən çox qızıl medal qazanmışlar. Bu, yalnız idmanın inkişafının göstəricisi deyil, eyni zamanda dövlət siyasətinin sistemli və məqsədyönlü nəticəsi kimi dəyərləndirilə bilər. Keçən illərlə müqayisədə artım, Azərbaycanın idmana göstərdiyi diqqət və resursların səmərəli idarə olunmasının nəticəsidir. Eyni zamanda, idmançıların mükafatlandırılması və onların nailiyyətlərinin qiymətləndirilməsi ənənəsinin davam etdirilməsi, bu sahəyə dövlətin verdiyi dəstəyin göstəricisidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, prezident çıxışında Azərbaycanın idman sahəsində infrastrukturunun əhəmiyyətinə də toxundu. İdman obyektlərinin, xüsusilə bölgələrdə Olimpiya İdman komplekslərinin sıfırdan qurulması və hazırda 46 kompleksi əhatə etməsi, ölkədə idmanın kütləvi və peşəkar səviyyədə inkişafını təmin edir. Gəncədə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi gənclərin idmana cəlb olunmasını asanlaşdırır və regionlarda idman fəaliyyətlərinin genişlənməsinə şərait yaradır:
"Dövlət başçısı çıxışında sağlam gənc nəsilin önəmini də xüsusi olaraq qyed etdi. Prezidentin də dediyi kimi, idman yalnız fiziki hazırlığı deyil, həm də gənclərin mənəvi vətənpərvərlik ruhunda tərbiyəsini təmin edir. İdman vasitəsilə gənclər Vətən sevgisi ilə böyüyür, həmrəylik və sosial məsuliyyət duyğusu inkişaf edir. Bu baxımdan, idman həm milli təhlükəsizlik, həm də gələcək inkişaf üçün strateji əhəmiyyətə malikdir.
Azərbaycanın beynəlxalq idman arenasındakı uğurları da diqqət çəkir. Dövlət başçısı qeyd etdi ki, son 5 il ərzində ölkəmizin bayrağı müxtəlif beynəlxalq yarışlarda qalib ölkənin simvolu kimi qaldırılıb. MDB ölkələrinin üçüncü Oyunları, UFC üzrə beynəlxalq turnir, Formula 1 və gələcək Xizək üzrə Dünya Kuboku kimi tədbirlər Azərbaycanın həm idman potensialını, həm də turizm və iqtisadi imkanlarını dünya ictimaiyyətinə təqdim edir. Xüsusilə bölgələrdə təşkil olunan yarışlar, minlərlə xarici qonağın iştirakı ilə ölkənin turizm və infrastruktur imkanlarını nümayiş etdirir.
Beləliklə, Prezidentin çıxışı Azərbaycan idmanının uğurlarını, gənclərin sağlam tərbiyəsini və ölkənin beynəlxalq imicini birləşdirən strateji yanaşmanı əks etdirir deyə bilərik. Bu siyasət yalnız idman sahəsində nəticələr vermir, həm də gənc nəsilin formalaşmasına, ölkənin sosial və mədəni inkişafına xidmət edir və Azərbaycanın regionda nüfuzunun artırılmasına töhfə verir".
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri