Icma.az
close
up
RU
“Prezidentin BMT dəki çıxışı dünyanın diqqət mərkəzindədir” DEPUTAT

“Prezidentin BMT dəki çıxışı dünyanın diqqət mərkəzindədir” DEPUTAT

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Cənab Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri və Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci, yubiley sessiyasındakı çıxışı mühüm əhəmiyyət kəsb edir. ABŞ və digər ölkələrdə Azərbaycana olan marağı nəzərə alaraq, Prezident Assambleya çərçivəsində və ondan kənar müxtəlif görüşlər keçirir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib:

“ABŞ-ın və dünyanın böyük alternativ enerji, rəqəmsal iqtisadiyyat və telekommunikasiya şirkətlərinin rəhbərləri Azərbaycan lideri ilə görüşmək üçün böyük maraq göstərir və bu görüşlər artıq həyata keçirilir.

ABŞ-da yerləşən və dünyanın ən böyük milyardlıq, yüz milyardlıq və hətta trilyonlıq büdcələrə malik şirkətlərin cənab Prezidentlə görüşmək üçün maraq göstərməsi Azərbaycanın liderinin və ölkənin dünya miqyasında nüfuzunun göstəricisidir.

Bu transmilli və qlobal şirkətlər özləri bir ölkə kimi qəbul edilə bilər, çünki həyata keçirdikləri layihələr bütün dünyanı əhatə edir. Görünür ki, Azərbaycanın yeni dünya düzənindəki rolu və cənab Prezidentin apardığı siyasət həm ölkələri, həm beynəlxalq ictimaiyyəti və təşkilatları, həm də transmilli korporasiyaları diqqət mərkəzində saxlayır və onların marağına səbəb olur. Bu, öz yerində çox önəmli bir hadisədir”.

Deputat qeyd edib ki, Azərbaycan prezidentinin BMT Baş Assambleyasında iştirakı həm də mühüm siyasi əhəmiyyət daşıyır.

“Çünki liderimizə olan maraq və diqqət böyükdür. Cənab Prezident sülh gündəliyi ilə Nyu Yorka səfər edir, Azərbaycanın Cənubi Qafqazda sülh layihəsi və sülh platforması yaratması isə onun BMT kimi dünyanın ən böyük siyasi platformasında maraq mərkəzində olmasını artırır.

Hal-hazırda Cənubi Qafqazda müharibə alovu və dağıntılar artıq geridə qalıb və bölgə bir sülh və əməkdaşlıq platformasına çevrilməkdədir. Mən hesab edirəm ki, BMT Baş Assambleyası, dünyada çoxsaylı münaqişələrin həllinə çalışdığı bir platforma olaraq, Azərbaycan təcrübəsindən öyrənməyə çalışmalıdır. Bu baxımdan, cənab Prezidentin BMT-yə işgüzar səfəri, orada çıxışları və əlavə görüşləri böyük diqqət mərkəzində olacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri