Icma.az
close
up
RU
Prezidentin BMT də nitqi dünya üçün mesaj idi Qafarov

Prezidentin BMT də nitqi dünya üçün mesaj idi Qafarov

Icma.az, Axar.az saytına istinadən bildirir.

Sentyabrın 25-də ölkə prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış təkcə ölkəmizin mövqeyini dünyaya çatdırmaq deyil, həm də son onilliklərin ən mühüm tarixi reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq qalib ölkə kimi çıxış edir və bu, dövlət başçımızın nitqinin ruhunda aydın hiss olunurdu.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında post-münaqişə dövründə Azərbaycanın sülh təşəbbüsləri qlobal auditoriyaya böyük məharətlə təqdim olunub:

“44 günlük Vətən müharibəsi ilə xalqımız tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Silahlı Qüvvələrimiz işğal altındakı torpaqları azad etməklə həm Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, həm də BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını həyata keçirdi. Bu, təkcə hərbi qələbə deyil, eyni zamanda beynəlxalq hüququn üstünlüyünün bərpasıdır. Azərbaycan göstərdi ki, beynəlxalq qanunlar əgər ədalət uğrunda mübarizə aparmaq əzmi varsa, mütləq işləyir. Bütün bunlar cənab Prezidentin nitqində öz əksini aydın şəkildə tapıb. Zəfərdən dərhal sonra rəsmi Bakı qarşı tərəfə sülh çağırışı etdi. Ölkə Prezidenti dəfələrlə bildirdi ki, Ermənistanla münasibətlər qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması prinsipi əsasında normallaşdırıla bilər. Bu, regionun gələcəyi üçün strateji seçim idi. Azərbaycanın mövqeyi açıq və ardıcıl olaraq qalır: davamlı sülh yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət üzərində qurula bilər. Bu istiqamətdə mühüm dönüş nöqtəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edildi. Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Bu hadisə göstərdi ki, artıq proses konkret mərhələyə daxil olub və Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşır. Azərbaycanın qətiyyətli mövqeyi regionu münaqişələrdən sabitlik və əməkdaşlıq məkanına çevirməkdədir”.

Kamaləddin Qafarov qlobal enerji təhlükəsizliyi məsələsinə dair cənab Prezidentin çıxışında yer almış mesajların önəmini vurğulayaraq deyib:

“Cənab Prezident İlham Əliyev öz çıxışında enerji təhlükəsizliyi məsələsinə də xüsusi yer ayırdı. Azərbaycan uzun illərdir ki, qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Lakin enerji layihələri təkcə iqtisadi maraqları deyil, həm də sülhü, regional bağlantıları və davamlı inkişafı təmin edir. Azərbaycanın enerji siyasəti həm Avropanın enerji təhlükəsizliyinə töhfə verir, həm də əməkdaşlığı dərinləşdirir. Beləliklə, Azərbaycan BMT Baş Assambleyasında sadəcə söz demədi, həm də öz nüfuzunu bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin nitqi həm region xalqları, həm də beynəlxalq ictimaiyyət üçün bir mesaj idi: ədalət bərqərar oldu, indi əsas məsələ sülhün və tərəqqinin təmin edilməsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Sentyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see353

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see300

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see286

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see278

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see273

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see270

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see264

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see259

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see238

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see232

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see223

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see218

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see218

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see216

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see212

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see211

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see205

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see204

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see203

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri