Icma.az
close
up
RU
Prezidentin bu gün qəbul etdiyi yeni səfir kimdir... DOSYE

Prezidentin bu gün qəbul etdiyi yeni səfir kimdir... DOSYE

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişaf etdiyi bir dövrdə Londonun Bakıya yeni səfir təyin etməsi diplomatik dairələrdə diqqət çəkən hadisələrdən biridir. Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman artıq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. 

Modern.az yeni səfirin dosyesini təqdim edir:

Dunkan Çarlz Norman 12 oktyabr 1971-ci ildə Böyük Britaniyanın Surrey qraflığının Çertsi şəhərində anadan olub. O, 1979–1989-cu illərdə Uayt adasında yerləşən Rayd məktəbində təhsil alıb.

Dankan Norman Böyük Britaniyanın uzunmüddətli diplomatik təcrübəyə malik diplomatlarından biridir. O, 1990-cı ildə Böyük Britaniyanın Xarici İşlər və Birlik Ölkələri Nazirliyində (FCO) fəaliyyətə başlayıb. Diplomatik karyerasının ilk illərində, 1990–1993-cü illərdə FCO-nun Birgə Yardım Bölməsi və Maliyyə Departamentində bölmə əməkdaşı kimi çalışıb. 1994-cü ildə Albaniya və Sloveniya üzrə tədqiqatçı əməkdaş kimi fəaliyyət göstərib, daha sonra Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində vitse-konsul vəzifəsində işləyib.

Normanın diplomatik fəaliyyətində Cənubi Qafqaz da xüsusi yer tutur. O, 1998–2000-ci illərdə İrəvanda Böyük Britaniyanın diplomatik missiya rəhbərinin müavini vəzifəsini tutub. Daha sonra 2000–2003-cü illərdə FCO-nun Yaxın Şərq Departamentinin Körfəz bölməsində diplomatik əməkdaş, ardınca isə bölmə rəhbəri kimi fəaliyyət göstərib.

2004–2006-cı illərdə Tortolada Qubernatorluq Ofisinin rəhbəri olan Norman, 2006–2007-ci illərdə Dəkkədə birinci katib, 2007–2010-cu illərdə isə Böyük Britaniyanın Ali Komissarının müavini vəzifəsində çalışıb. 2010–2013-cü illərdə FCO-nun İnsan Resursları Departamentinin İnsan Resursları Xidmətləri Bölməsinə rəhbərlik edib.

2013-cü ildə Böyük Britaniya Nazirlər Kabinetinin G8 Sədrliyi Bölməsində baş tədbir meneceri kimi fəaliyyət göstərən diplomat həmin ildən 2016-cı ilə qədər FCO-nun Əfqanıstan bölməsinin rəhbəri olub.

Dunkan Normanın diplomatik karyerasında ən yüksək vəzifələrdən biri Albaniyada səfir postu olub. O, 2016-cı ildən 2021-ci ilin avqustuna qədər Böyük Britaniyanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

2026-cı ildən isə Dankan Norman Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir.

Dankan Normanın diplomatik karyerasında Azərbaycan ilk Cənubi Qafqaz istiqaməti deyil. O, 1998–2000-ci illərdə İrəvanda Böyük Britaniyanın diplomatik missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

Diplomat daha sonra müxtəlif istiqamətlərdə, o cümlədən Yaxın Şərq, Cənubi Asiya və Balkanlarla bağlı vəzifələrdə çalışıb. Onun karyerasında Əfqanıstan və Körfəz regionu ilə bağlı fəaliyyət də mühüm yer tutur.

Normanın diplomatik karyerasında ən mühüm vəzifələrindən biri Albaniyada səfir postu olub. O, 2016-cı ildən 2021-ci ilin avqustuna qədər Böyük Britaniyanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.

Bu dövrdə onun fəaliyyəti Böyük Britaniya-Albaniya münasibətlərinin müxtəlif istiqamətlərini, o cümlədən siyasi və təhlükəsizlik məsələlərini əhatə edib.

Dankan Norman Azərbaycana yeni səfir kimi gəldikdən sonra bu gün Prezident İlham Əliyevə etimadnaməsini təqdim edib.

Səfir mərasimdə Azərbaycan dilində çıxış edərək ölkəmizə münasibətini də ifadə edib. O bildirib ki, həyat yoldaşı ilə 27 il əvvəl Azərbaycana ilk dəfə gəldikləri zaman insanların mehribanlığı və Bakının böyük potensialı onları çox təsirləndirib.

Norman Azərbaycan və Böyük Britaniya arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdirilməsinin onun üçün şərəf olduğunu bildirib.

Səfir iki ölkə arasında bərpaolunan enerji, müdafiə, aviasiya və təhsil sahələrində əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. O, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində Prezident İlham Əliyevin səylərinin Böyük Britaniya hökuməti tərəfindən təqdir edildiyini qeyd edib.

Dankan Norman Azərbaycanın minatəmizləmə səylərinə də toxunaraq Böyük Britaniyanın bu istiqamətdə ölkəmizi dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırladıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Avqust 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri