Icma.az
close
up
RU
Prezidentin təltif etdiyi şəxslər kimdir? DOSYE

Prezidentin təltif etdiyi şəxslər kimdir? DOSYE

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Statistika sahəsində çalışan işçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Ölkə.Az onlardan bəzilərinin dosyesini təqdim edir:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən Məmmədov Vahab Feyruz oğlu - 1963-cü ildə Bakıda anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri namizədidir.
1984-1987-ci illərdə Əli Bayramov adına Bakı istehsalat birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləyib.

1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirmiş və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə edib.

1992-1993-cü illərdə Azərbaycan Respublikasının Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışıb.
Bununla yanaşı, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib.

2015-ci il oktyabr ayının 19-dan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib. Dövlət başçısının 2016-cı ildə imzaladığı sərəncamla Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.

"Tərəqqi" medalı ilə təltif edilən Hüseyn Fərəməz oğlu Bağırov - 1979-cu ildə Naxçıvan şəhərində doğulub. 2000-ci ildə Naxçıvan Özəl Universitetini bitirib. 2003-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə işləyib, 2014-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparat rəhbəri, 2021-2023-cü illərdə isə AR Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Statistik məlumatların icmallaşdırılması və yayılması sektorunda baş məsləhətçi vəzifələrində çalışıb.

Naxçıvan MR Ali Məclisi Sədrinin 7 aprel 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan MR Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.

Billurə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri