Icma.az
close
up
RU
Prezidentin yeni təyin etdiyi rektor kimdir? DOSYE

Prezidentin yeni təyin etdiyi rektor kimdir? DOSYE

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin edilib.

Sərəncama əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə təyinat alıb.

Modern.az yeni rektorun dosyesini təqdim edir:

Nazim Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə oxuyub və 1988-ci ildə oranı "Qızıl Medal" ilə bitirib.

Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N. Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə qurtarıb.

1993–1995-ci illərdə ATU-nun Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996–1999-cu illərdə aspirant, 2000–2008-ci illərdə assistent, 2008–2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildən kafedranın professoru və Ortopedik stomatologiya kafedrasının müdiridir.

2003-cü ildə "Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını qazanıb.

2014-cü ildə "Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə yiyələnib.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.

Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə heyətinin üzvüdür.

Dövlət İmtahan Mərkəzinin "Ortopedik stomatologiya" ixtisası üzrə eksperti, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının" üzvüdür.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.

2023-cü ilin yanvar ayından Belarus Respublikasında dərc olunan beynəlxalq "Стоматология. Эстетика. Инновации" jurnalının baş redaktorudur.

Çap olunmuş 200-dən artıq elmi işin, o cümlədən Azərbaycan, ingilis və rus dillərində 11 dərslik, 1 dərs vəsaiti, 1 tədris-metodik vəsait, 3 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə ediblər.

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.

07 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:352
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri