Icma.az
close
up
RU
Deputat: Prezidentin Kopengahen səfəri Azərbaycanın yüksək nüfuzunu göstərdi

Deputat: Prezidentin Kopengahen səfəri Azərbaycanın yüksək nüfuzunu göstərdi

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Azərbaycan prezidenti İlham Əliyevin Kopengahen səfəri, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə görüşündə iştirakı, müxtəlif dövlət rəhbərləri ilə ikitərəfli müzakirələrini çox yüksək qiymətləndirirəm. Azərbaycanın Avropa rəhbərləri, bu qitənin ən aparıcı ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Əvvəllər mövcud olmuş kiçik problemlər aradan qaldırılıb, ölkəmizin nüfuzu getdikcə artır. Bunu Azərbaycan liderinin səfəri və keçirdiyi görüşlər bir daha nümayiş etdirdi”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin sammitində iştirak məqsədilə Kopengahenə səfəri və keçirdiyi fəal diplomatik təmaslardan danışarkən deyib.
“Azərbaycan Avropa İttifaqı, ümumilikdə Avropa qitəsi üçün strataeji əhəmiyyətli dövlətdir. Eyni zamanda Azərbaycan etibarlı tərəfdaş, sülh gündəliyi ilə çıxış edərək sülhə, bölgədə əmin-amanlığa böyük töhvə verən dövlət, habelə enerji təchizatını şaxələndirən, münasibətlərində dostluq və ikitərəfli hörmətə əsaslanan ölkə kimi qəbul edilir. Bütün bunlar Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində ortaya çıxıb. Bu baxımdan Azərbaycan prezidentinin Kopengahen səfərini çox yüksək qiymətləndirirəm”,-Mollazadə qeyd edib.
Deputat Azərbaycan liderinin Moldova və Ukrayna dövlət başçıları ilə Kopengahendə keçirdiyi görüşə də münasibət bildirib. Deyib ki, bu kimi təmaslar üçüncü ölkələrdə qıcıq və ya etirazla qarşılanmamalıdır: “Şimal qonşumuz imperiyanı bərpa etmək kimi ağlasığmaz niyyətlə az qala dünyanı özünə düşmən edib. Azərbaycan isə hər zaman Ukraynaya humanitar yardım edib, ərazi bütövlüyünü tanıyır. Üstəlik, Moldovanın ərazi bütövlüyünü dəstəkləyir. Çünki bizim ərazilərimiz 30 il işğal altında olub. Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bir çox dövlət özünün anoloji problemini həll etmək üçün Azərbaycanın yolu ilə getmək haqqında düşünüb. Ən əsası budur ki, Azərbaycan bir dövlət olaraq hamı ilə dostluq, tərəfdaşlıq və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığa üstünlük verir”.
Nemət ORUCOV
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri