Icma.az
close
up
RU
Prezidentin çıxışı göstərir ki, dil məsələsi tarix və gələcək üçün strateji əhəmiyyətlidir

Prezidentin çıxışı göstərir ki, dil məsələsi tarix və gələcək üçün strateji əhəmiyyətlidir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Cənab prezident İlham Əliyev hər zaman milli-mənəvi dəyərlərimizin, kimliyimizin, adət-ənənələrimizin, dilimizin mühafizəçisi rolunda çıxış edib, onun qorunması istiqamətində əməli addımlar atıb. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı bu məqam bir daha öz təsdiqini tapdı".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib.
İctimai birlik sədri qeyd edib ki, dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyası-nın 80 illik yubileyi çərçivəsində keçirilən tədbirdə çıxış edərkən dilimizin qorunması məsələsini ictimaiyyətə və dövlət strukturlarına yönəlik vacib çağırış olaraq irəli sürdü:
"Cənab prezident vurğuladı ki, Azərbaycan dilinin ana dil olaraq qorunması milli kimliyin əsas amilidir. Hər bir vətəndaş dilimizi təmiz, ədəbi forması ilə istifadə etməyə məsuliyyət daşımalıdır. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların digər ölkələrdə yaşayan soydaşlarımızın ədəbi dil səviyyəsində ana diliylə əlaqəsinin zəifləməməsinə xüsusi diqqət edilməli bu istiqamətə diqqət artırılmalıdır".
Arzuman Muradlı onu da qeyd edib ki, dövlət başçısı çıxışı zamanı dilimizin yad təsirlərdən qorunmasına da xüsusi diqqət çəkib:
"Cənab prezidentin qeyd etdiyi kimi xarici kəlmələrə üstünlük vermək yolverilməzdir və bu, dilin təmizliyinə təhlükə yaradır. Buna görə də belə hallara qarşı tədbirlər görülməlidir. Dilimizdə əzəli sözlərimiz varsa, onları başqa dildən kəlməylə əvəzləmək məqsədəuyğun deyil".
İctimai birlik sədrinin sözlərinə görə, dilimizin saflığının qorunmasında, onun kənar təsirlərdən mühafizə olunmasında müvafiq dövlət qurumları ilə yanaşı, hər bir vətəndaş da maraqlı olmalı, bu istiqamətə xüsusi diqqət ayırmalıdır:
"Cənab prezident çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, dövlət strukturları dilin qorunması üçün strategiya və qanuni mexanizmləri gücləndirməlidir. Elmi müəssisələr, dilçilər, yazıçılar-şairlər, jurnalistlər dilimizin ədəbi formasının qorunmasına fəal şəkildə cəlb olunmalıdır".
Arzuman Muradlı, "Prezidentin çıxışı göstərir ki, dil məsələsi yalnız mədəni sahə deyil, dövlətçilik, milli kimlik, tarix və gələcək üçün strateji əhəmiyyətlidir. Azərbaycan dilinin saflığı, ədəbi forması və davamlı inkişafı üçün hər birimiz, vətəndaş, alim, jurnalist, müəllim məsuliyyət daşıyırıq",-deyə vurğulayıb.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri