Prezidentin çıxışı ölkə elminin gələcək inkişafının konseptual əsaslarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi çıxış ölkə elminin gələcək inkişafının konseptual əsaslarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir".
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, dövlət başçısının nitqinə əsaslanaraq onu demək olar ki, Azərbaycan süni intellekt, kibertəhlükəsizlik, müasir çağırışlara cavab verən hərbi saneye formalaşdırmaq istiqamətində strateji qərarlar qəbul edir:
"Təbii ki, süni intellekt, rəqamsal idarəetmə, kibertəhlükəsizlik kimi sahələr olmadan müasir idarəetməni təsəvvür etmək mümkün deyil. Bu səbəbdən görülən işlər məhz səmərəliliyi artırmaq üçün zəruridir".
Pərviz Mirizadə onu da vurğulayıb ki, mövcud hərbi-siyasi proseslər, müharibələr və reallıqlar hər keçən gün bizlərə hərbi saneye kompleksinin vacibliyini bir daha xatırladır:
"Azərbaycan kifayət qədər güclü, peşəkar və modernləşdirilmiş orduya malikdir. Bu gücü təmin etmək üçün yerli istehsal potensialının artırılması olduqca vacibdir. Paralel olaraq da, silah bazarı da rəqabətcil, müasir müharibə metodikalarına cavab verən sistemləri tələb edir və sevindirici haldır ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində qazanılan zəngin təcrübəni bu sahəyə uğurla transformasiya etməyi bacarır".
Süleyman
Bu mövzuda digər xəbərlər:Prezidentin çıxışı göstərir ki, dil məsələsi tarix və gələcək üçün strateji əhəmiyyətlidir
04 Noyabr 2025 12:13
“Prezidentin müsahibəsindəki bütün məqamlar əhəmiyyətlidir”
13 Yanvar 2025 16:40
Prezidentin çıxışı Səudiyyə mətbuatında
17 Noyabr 2024 22:22
Prezidentin Çinə səfəri ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir RƏY
01 Sentyabr 2025 16:11
“Laçın hava limanı rayonun inkişafının sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir”
29 May 2025 14:36
Baxış sayı:45
Bu xəbər 04 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















