Prezidentin çıxışı revanşist qüvvələrə və bölgədəki real gücə mesajdır... POLİTOLOQ ŞƏRH ETDİ
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Azərbaycan Prezidentinin 8 Noyabr Zəfər Paradında çıxışı zamanı, xüsusilə də bu revanşist qüvvələrə yönəlik verdiyi mesaj bir daha göstərdi ki, əslində Azərbaycan dövləti bütün baş verən proseslərin fərqindədir və onları diqqətlə izləməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, xüsusilə Ermənistanda Sarkisyan, Köçəryan, eyni zamanda Ohanyan və digər separatçı ünsurların zamanında səsləndirdikləri fikirlərə cavab olaraq verilən bu mesaj deməyə əsas verir ki, Azərbaycan dövləti bu proseslərin gec-tez son məntiqi nəticəsini ortaya qoyacaq: "Bu, həm də belə bir reallıq yaradır ki, artıq Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində Sarkisyanın, Köçəryanın, Ohanyanın da cavab verəcəyi vaxt yaxınlaşır. İkinci tərəfdən, bu çıxış bir mesaj idi: "Siz Azərbaycanı işğal etmək istədiniz, amma biz sizə vəziyyətin əslində necə olduğunu, Azərbaycanın hansı gücə malik olduğunu göstərdik". Digər tərəfdən, bu, onların arxasında dayanan havadarlara da mesaj idi: "Baxın, sizin əsas məqsədiniz Azərbaycanla münasibətləri normallaşdırmaq deyil. Sizin əsas məqsədiniz bölgədə daimi gərginlik yaratmaqdır.
Amma Azərbaycan artıq əvvəlki Azərbaycan deyil - daha güclü, daha qərarlı bir ölkəyə çevrilib. Bu da bölgədə əsas güc sahibinin kim olduğunu açıq şəkildə göstərir. Artıq Azərbaycan regionda təkcə iştirakçı yox, həm də oyun quran və oyun idarə edən bir ölkəyə çevrilib. Burada verilən mesajlar çox dərin və çoxqatlıdır. Mən düşünürəm ki, dövlət başçısının bu çıxışda verdiyi əsas mesaj ondan ibarətdir ki: “İstəsən də, istəməsən də, bu məsələ həll olunacaq. Və siz, yəni revanşist qüvvələr, çox kiçik bir fiqur kimi tarixdən silinəcəksiniz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















