Politoloq: Prezidentin çıxışı beynəlxalq ictimaiyyətin marağına səbəb oldu
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan Prezidentinin BMT-nin 80-ci yubiley toplantısında iştirakı, çıxışı və keçirdiyi görüşlər kifayət qədər önəmlidir. Bu səfər zamanı Prezident yalnız dövlət rəsmiləri ilə deyil, həm də dünyanın aparıcı maliyyə və enerji korporasiyalarının nümayəndələri ilə görüşlər keçirib, onların Azərbaycana investisiya yatırmaq və müəyyən layihələrdə iştirakla bağlı fikirlərini alıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"Azərbaycanın yaratdığı yeni reallıqlar və sülh gündəliyi Cənubi Qafqazı daha cəlbedici məkan halına gətirib. Artıq böyük şirkətlər bölgəyə investisiya yatırmaq barədə qərarlar qəbul etməyə başlayıblar".
O bildirib ki, Prezidentin çıxışı həm lakonik, həm də əhatəli idi:
"Burada Azərbaycanın işğala məruz qalması, BMT-nin dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq icra edilməməsi, işğalın davam etmə səbəbləri, Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü təmin etməsi, yeni reallıqlar yaratması və sülh gündəliyini irəli aparması məsələləri vurğulandı.
Prezident qeyd etdi ki, 8 avqustdan sonra bölgə ciddi şəkildə sülhə doğru irəliləyir. Eyni zamanda, o, iki vacib məsələni beynəlxalq tribunadan səsləndirdi.
Bu məsələlər Ermənistanın minalanmış ərazilərlə bağlı xəritələri təqdim etməməsi və mina terrorunun yaratdığı təhlükələr haqqında idi".
O deyib ki, bundan başqa, Birinci Qarabağ müharibəsindən bu günədək 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlı məsələyə də toxundu:
"Prezident Azərbaycanın sülh gündəliyinə sadiqliyini, investisiya mühitinin yaxşılaşdırılmasını, regionun tam şəkildə sülh məkanına çevrilməsini, bərpa və quruculuq işlərinin sürətlə aparıldığını vurğuladı. Ümumilikdə, Prezidentin bu toplantıda iştirakı kifayət qədər əhəmiyyətli oldu və beynəlxalq ictimaiyyətin marağına səbəb olan mühüm hadisə kimi yadda qaldı".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Prezidentin çıxışı ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı POLİTOLOQ ŞƏRH ETDİ
01 Oktyabr 2025 16:05
Prezidentin çıxışı Səudiyyə mətbuatında
17 Noyabr 2024 22:22
Deputat: Prezidentin çıxışı beynəlxalq hüquq normalarına əsaslanır
21 İyul 2025 13:17
Prezidentin çıxışı revanşist qüvvələrə və bölgədəki real gücə mesajdır... POLİTOLOQ ŞƏRH ETDİ
13 Noyabr 2025 18:04
Deputat: Prezidentin çıxışı yol xəritəsidir
25 Dekabr 2024 19:49
Baxış sayı:28
Bu xəbər 26 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları