Icma.az
close
up
RU
Prezidentin Forumdan verdiyi sərt mesajların ünvanları Şərh

Prezidentin Forumdan verdiyi sərt mesajların ünvanları Şərh

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı dünyada artıq ciddi beynəlxalq dialoq mərkəzi kimi qəbul edilir. Bu səbəbdən də hər ötən il Bakı Forumuna böyük önəm verilir. Bunun üçün bu gün öz işinə başlayan XII Qlobal Bakı Forumunda iştirak edən nümayəndələrə və müzakirə edilən məsələlərə diqqət yetirmək kifayətdir. XII Qlobal Bakı Forumunda bu gün beynəlxalq aləmi narahat edən yeni dünya düzəni uğrunda geosiyasi mübarizələrin getdiyi bir zamanda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” kimi məsələnin müzakirəsi aktual olması ilə yanaşı, çox mühüm əhəmiyyət kəsb edir. Bu bir daha Bakı Forumunun beynəlxalq səviyyədə ciddi dialoq məkanı kimi qəbul edilməsinin göstəricisidir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O bildirib ki, Bakı Forumunun ciddi dialoq mərkəzi kimi qəbul edilməsini və ənənə halını almasını, həm də Azərbaycana beynəlxalq aləmdə necə önəm verilən bir ölkə kimi dəyərləndirmək lazımdır. 

Millət vəkili əlavə edib ki, Azərbaycan belə bir ciddi platformadan öz yürütdüyü siyasətin mahiyytini beynəlxalq aləmə çatdırılması baxımdan mühüm rol oynayır. “Belə bir mötəbər platforma vasitəsi ilə Azərbaycan həm üzləşdiyi problemləri və ondan çıxış  yollarını, həm də qlobal miqyadakı problemlərlə bağlı mövqeyini, həmin məsələlərin həllinə necə töhfə verə biləcəyini  beynəlxalq aləmin diqqətinə çatdırır. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında  beynəlxalq aləmə çox mühüm mesajlar verdi. Bu mesajları belə oxumaq olar.

Birincisi, Azərbaycan COP 29 zamanı qlobal iqlim dəyişikliklərinə qarşı öhdəliklərə sadiqdir və bu istiqamətdə öz töhfəsini vermək istiqamətdə ardıcıl siyasət yürüdür. Azərbaycan  malik olduğu enerji resurslarına məsuliyyətlə yanaşır.

İkincisi, Azərbaycan müxtəlif enerji mənbəyi kimi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Prezident İlham Əliyev Forumda çıxışında qeyd edib ki, bu gün 12 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa ölkəsidir. Bu səbəbdən da Azərbaycan Pan-Avropa enerji təchizatçısı kimi tanınır.

Üçüncüsü, Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasında müstəsna rol oynamasına baxayaraq, qarşı tərəfin qeyri-adekvat  siyasət və hərəkətləri ilə üzləşir. Bu da təbii ki, Avropa ilə Azərbaycan arasındakı münasibətlərin daha geniş formatda əməkdaşlığını əngəlləyir. Cənab Prezident  bəyan edib ki, heç nədən çəkinməyərək cəsarətli şəkildə  Avropa-Azərbaycan, ABŞ-Azərbaycan münasibətlərinin  inkişafına   mane olan  qüvvələri və şəxsləri konkret şəkildə dilə gətirib. Ölkə başçısı bildirib ki, burada mühüm rol oynayan qüvvələr erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdir.
ABŞ-Azərbaycan münasibətlərində yaranmış mövcud duruma toxunan ölkə başçısı bildirib ki, Co Bayden dönəmində dövlət katibi işləmiş Entoni Blenken Bakı-Vaşınqton münasibətlərini heçə endirib. Bununla belə o əlavə edib ki, Tramp yenidən Ağ Evə döndükdən sonra Bakı ilə Vaşinqton arasında münasibətlərin əvvəlki məcrada inkişafına ümidlər var. Çünki Tramp prezident seçildikdən sonra münasibətlərə xələl gətirən USAID kimi təşkilat ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Bununla belə cənab Prezident Adam Şif, Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərlərinin onilliklərlə erməni diaspor təşkilatlarından pulları alaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla ölkəmizi gzdən salmağa və ikitərəfli münasibətləri pozmağa çalışırdılar. 
Prezident onu da bildirib ki, USAİD-in ləğvindən sonra  ermənilər və erməni diasporu “böyük qardaş” ünvanını Brüsselə dəyişib. İndi o böyük qardaş Brüsseldir.
Dördüncüsü, cənab Prezident  bəzi Avropa ölkələrinin Ermənistanı sürətlə ölümcül silahlarla  təchiz etməklə Cənubi Qafqazda  eskalasiya yaratmaq mesajını verdi. 

Bildirib ki, Ermənistana məhvedici silahların verilməsi Azərbaycana qarşı yönəlib. Bu isə o deməkdir ki, bəzi Avropa ölkələri bölgədə gərginliyin yaranmasında maraqlıdır. Dövlət başçısının Avropanın monitorinq missiyası Ermənistandakı fəaliyyətini Avropa İttifaqının kəşfiyyat missiyası kimi dəyərləndirməsi bunun sübutudur.  Prezident açıq formada dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, adı çəkilən missiyanın əsas hədəfi gecə-gündüz casus kimi bizim sərhədlərimizdə fəaliyyət göstərməklə haradansa Azərbaycana hücum planını reallaşdırmaqdır.  

Beşincisi, Azərbaycanın güclü və qüdrətli orduya sahib olması mesajını verərək bildirdi ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Amma Azərbaycan 2005-ci ildən başlayaraq güclü ordu yaradıb. Məhz güclü ordu nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. 

Altıncısı, Azərbaycan yaratdığı yeni reallığa uyğun olaraq Cənubi Qafqazda   dayanıqlı sülhün yaradılmasında maraqlıdır və fəaliyyətini də bu istiqamətdə qurub. 

Əminəm ki, Azərbaycan yaranmış geosiyasi proseslərdən məharətlə istifadə edərək qarşısında duran çağırışları fürsətlərə çevirərək istəyinə nail olacaq. Nəticədə Azərbaycan bölgədə dayanaqlı sülhə, sabitliyə və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatını yaradacaq. Ona görə də istər Ermənistan, istərsə də onun havadarları Azərbaycan Prezidenti İlham Əliyevin mesajlarını düzgün oxuyub vaxtında nəticə çıxarsalar yaxşı olar. Onsuz da Azərbaycan qarşıya qoyduğu hədəflərə nail olacaq və bunun qarşısını almaq mümkün olmayacaq”.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see492

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see321

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see256

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see221

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see221

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see215

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see188

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see177

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see177

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see177

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see173

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see172

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see170

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see165

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see161

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see160

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see160

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see157

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri