Icma.az
close
up
RU
Menu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Rüstəmə dedim ki, sən şair deyilsən…

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

Hər evdə var, amma bu təsirini çoxları bilmir

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

Moskva 400 km hündürlükdən belə görünür

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

Lerikin bərəkət ünvanları

Lerikin bərəkət ünvanları

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rayonun ölkədə ərzaq bolluğuna töhfəsi artır

Lerik şəhəri dəniz səviyyəsindən 1100 metr yüksəkdə yerləşir. Yayın isti, qızmar, yandırıcı havası uca dağlar qoynunda da hiss olunur. Rayon mərkəzində bir kilometr aralıda yerləşən Cəngəmiran kəndi dağlıq ərazidədir. Səfalı, füsunkar, gözoxşayan mənzərələri diqqəti cəlb edir. Kəndə uzanan yolun hər iki tərəfində kəhrəba taxıl zəmiləri artıq biçilib. Ərazidə mal-heyvanın qış azuqəsi üçün küləş də yığılıb.

Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadə çox gənc olsa da, bu yerlərin hər qarışına, torpaq xüsusiyyətlərinə, əkinçilərin qayğılarına yaxşı bələddir. Biçinin gedişi barədə məlumat verərək dedi:

– İl bərəkətli, ruzili gəlib. Rayonumuzda hansı əraziyə, kəndə-kəsəyə üz tutsan, taxılçılıqda yaxşı nəticələrin şahidi olursan. Yazda yağıntının çox düşməsinə baxmayaraq, torpaq barını əsirgəmədi. Ataların gözəl məsəli var: torpaq deyər, öldür məni, dirildim səni. Əkinçi payızda, yazda çəkdiyi zəhmətin bəhrəsini bu gün görəndə sevinir.

Cari dövrün məhsulu üçün rayonda 3 min 359 hektarda taxıl əkilib. Bunun 3 min 188 hektarı buğda, 126 hektarı arpa, 50 hektarı çovdar sahələri olub. Rayonda 161 kəndin 123-də taxılçılıq əhalinin əsas məşğuliyyəti, ruzi, qazanc mənbəyinə çevrilib. Biçinə 17 kombayn cəlb olunub. Bunun 4-ü Aqroservisə məxsusdur, ən çətin, mürəkkəb dağlıq şəraitdə işləyən NEW HOLLAND markalı müasir kombaynlardır. Rayonun aşağı və orta dağətəyi ərazilərində biçin başa çatıb. Biçilmiş zəmilərin orta məhsuldarlığı 2,6 tondur. Nümunəvi fermer təsərrüfatlarında bu rəqəm 4-5 tona çatır. Rəqəmlər isə bolluqdan, firavanlıqdan, gözəl güzərandan soraq verir.

Cəngəmiran, Blaband, Kirəvud, Livədirqə, Nüvədi, Züvüç inzibati ərazi dairəsi üzrə kəndlərdə taxılçıların nailiyyətləri daha ürəkaçandır. Murya taxılçılıqda zəngin ənənələrə malikdir. Kənddə 100 hektara yaxın “Qobustan” sortlu taxıl əkilib. Biçin 5 kombayn vasitəsilə iki həftəyə başa çatdırılıb. Baxış Muradovun, Rükəxan Ağayevin, Əlimərdan Manafovun ailə təsərrüfatları hektardan 3-3,5 ton taxıl götürüblər.

Nüvədi kəndinin torpaqları məhsuldarlığı ilə fərqlənir. Kəndin taxılçıları 44 hektar buğda sahəsindən itkiyə yol vermədən 100 ton məhsul yığıblar. Kirəvud, Boykəndil, Ordahal, Buruq və Aran kəndlərində ümumilikdə 130 hektar sahədə taxıl becərilib. Buruq kəndindən Səyahət Əliyevin ailə təsərrüfatı 2,5 hektardan 7 ton, Aran kəndindən Müşfiq Xəlilov 1,5 hektardan 4 ton, Kirəvud kəndində Vasif Ağayev 1 hektardan 2,5 ton, Namiq Kərimov 2 hektardan 5 ton məhsul götürüb. Elə ailələr var ki, özləri üçün 2 illik taxıl ehtiyatı görüb. İstehsalçılar buğdanı üyütmək üçün qonşu Şingədulan kəndindəki yeni, müasir tipli dəyirmana aparırlar.

Dəniz səviyyəsindən 2 min metrdən artıq yüksəklikdə yerləşən Qosmalian, Orand, Kələxan, Mistan və ümumilikdə rayonun 25 kəndində taxıl gec yetişdiyindən biçin hələ başlanmayıb.

– Əkinçilik rayonun iqtisadiyyatında prioritet istiqamətlərdən biridir. Bəs, aqrar sahə ilə məşğul olan fermerlər, ailə təsərrüfatları hansı çətinliklərlə üzləşirlər?

– Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məslələrinə həsr edilmiş respublika müşavirəsi və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda ərzaq təhlükəsizliyini gücləndirmək, kənd təsərrüfatının rəqabət qabiliyyətini artırmaq və yüksək əlavə dəyər yaradan müasir istehsal və emal sistemlərini inkişaf etdirməklə əlaqədar qarşıya mühüm vəzifələr qoyulub.

Qeyd edim ki, aqrar sahənin inkişafı müasir çağırışlardan irəli gələrək, yeni və daha təkmil mərhələyə qədəm qoyur. O cümlədən aqrar sahədə özəl sektorun yaxından iştirakı ilə müasir texnologiyaların və yanaşmaların tətbiqi genişlənir, kəndlərdə əhalinin məşğulluq imkanları artır.

Kənd Təsərrüfatı Nazirliyi və Lerik Rayon İcra Hakimiyyəti tərəfindən dağlıq şəraitdə kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsinə yüksək diqqət, davamlı qayğı göstərilir. Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılmasını təmin etmək məqsədilə Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə qərargah yaradılıb.

Son illərdə biçin dövründə texnika çatışmazlığı o qədər hiss olunmur. Mövsüm ərzində rayona texnika əsasən qonşu Cəlilabad və Lənkəran rayonlarındakı Aqroservis müəssisələrindən gətirilir. Vətəndaşlara məxsus traktor və kombaynların əksəriyyəti artıq istismar müddətini başa vurub.

Nəticədə, yerli fermerlər, ailə təsərrüfatları kənd təsərrüfatı texnikası və digər aqroservis xidmətlərindən operativ şəkildə yararlana bilmirlər. Əkin və biçin işlərinin bəzən vaxtında həyata keçirilməsi çətinləşir, əlavə nəqliyyat və xidmət xərcləri yaranır. Əkin materiallarının uzaqdan gətirilməsi əlavə maliyyə xərclərinə və vaxt itkisinə səbəb olur. Digər tərəfdən mineral gübrələrin, pestisidlərin və toxumların rayonda daimi satış məntəqəsinin olmaması ciddi çətinliklər yaradır.

Fermerlərin fikrincə, dəmyə şəraitində sertifikatlı toxumla aparılan taxıl əkinlərinə verilən subsidiyaların sertifikatsız toxumla aparılan əkinlərə nisbətən daha yüksək məbləğdə müəyyən edilməsi məqsədəuyğun olardı. Bu yanaşma fermerləri yüksək reproduksiyalı, keyfiyyətli və məhsuldar toxumlardan istifadəyə təşviq etməklə yanaşı, məhsuldarlığın artmasına, məhsul istehsalının yüksəlməsinə şərait yaradacaq.

Hazırda subsidiya ödənişləri monitorinq proseslərindən sonra həyata keçirildiyindən aqrotexniki tədbirlərin aparılması yubanır. Payızlıq taxıl və yazlıq əkinlər, meyvə bağları üzrə subsidiyaların ən azı 50 faizinin əvvəlcədən ödənilməsi məqsədəuyğun olardı. Bu, eyni zamanda fermerlərə gübrə və pestisidləri vaxtında alıb tətbiq etməyə, məhsuldarlığı artırmağa və istehsal xərclərini azaltmağa kömək edər. Subsidiyaların artırılması və vaxtında ödənilməsi fermerlərin marağının artmasına, yüksək məhsuldarlığın əldə olunmasına imkan açacaqdır.

Lerik kimi ucqar rayonda aqroservis müəssisəsinin yaradılmasına böyük ehtiyac vardır. Belə olarsa kənd əməkçiləri taxıl sahələrini genişləndirəcək, ökəmizin ərzaq bolluğuna töhfələrini daha da artıracaqlar.

– Rayonda meyvəçilik, kartofçuluq və son illər tərəvəzçilik də inkişaf etdirilən sahələrdən birinə çevrilib. Kəndlərdə gül, qərənfil, çiyələk plantasiyaları salınıb, müasir innovativ texnologiyaların tətbiqinə maraq artıb. Aqrar İnkişaf Mərkəzinin direktoru qarşıda duran vəzifələrdən də söz açdı:

– Rayonda 542 hektar meyvə bağı mövcuddur. Bunun 467 hektarı məhsuldar bağlardır. Fermerlər arasında yeni intensiv və super intensiv meyvə bağlarının salınmasına diqqət artıb. Zuvand bölgəsində alma və kartof istehsalçıları qrupları yaradılıb. Son illər intensiv üsulla 20 hektarda meyvə tingləri əkilib. “Lerik dağ alması” brendləşdirilib.

Lerik bağlarında istehsal olunan ekoloji cəhətdən təmiz və keyfiyyətli alma, armud, badam, ərik, albalı, gavalı, alça, gilas, fındıq, feyxoa və digər meyvələrə ölkəmizin daxili bazarlarında tələbat çoxdur.

Rayonun bütün kəndlərində kartof əkilir. Bəzi ərazilərdə damcı ilə suvarma üsulu tətbiq edilərək ekoloji cəhətdən təmiz məhsul yetişdirilir. Cari ildə əkilmiş 1555 hektar kartof sahəsində yığım yaxın günlərdə başa çatacaqdır.

Tərəvəz əkinləri ildən-ilə genişləndirilir. Aşağı Amburdərə kəndində 50 hektara yaxın sahədə “Zuvand pomidoru” becərilir. Veri, Piran, Vizəzəmin, Pirasora ərazilərində istixana şəraitində, Kələxan və digər kəndlərdə açıq havada pomidor, kələm və digər tərəvəz bitkiləri yetişdirilir. Dadı, ləzzəti, yüksək keyfiyyəti ilə fərqlənən Lerik brendli pomidor, kartof respublikamızın bazarlarında çoxdan alıcı rəğbətini qazanıb.

Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Tatoni və Hiveri kəndlərində ilk dəfə İtaliyadan gətirilmiş “murano” sortlu çiyələk əkilib. Bu günlərdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov rayonda olarkən Tatoni və Kələxan kəndlərində çiyələk, kartof və pomidor sahələrinə, Veri Əliabad kəndində qərənfil yetşdirilən istixanaya, Piran kəndindəki istixana təsərrüfatına baş çəkib. Fermerlər məhsulun keyfiyyətinin yüksəldilməsi, soyuducu anbarların tikilməsi və bazar tələblərinə uyğun istehsalın təşkili istiqamətində görüləcək işlər barədə məlumat veriblər.

Görüş zamanı nazir “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, dövlət dəstəyi tədbirləri barədə fermerləri ətraflı məlumatlandırıb.

Yeri gəlmişkən, bir vacib məsələni də qeyd etmək yerinə düşərdi. Rayonun bəzi ərazilərində fermerlər illər boyu primitiv sututarlardan istifadə etməklə əkin sahələrini, tərəvəz, bostan və meyvə bağlarını suvarırlar. Kələxan, Qosmalian, Mistan, Monidigah, Pirasora, Nuravud və Orand inzibati ərazi dairələrinə daxil olan kəndlərin relyefi böyük maliyyə vəsaiti xərcələmədən dağ çaylarının qarşısına kiçik bəndlər çəkməklə sututarların yaradılmasına imkan verir. Bu isə çətin, mürəkkəb coğrafi şəraitə malik ucqar dağlıq rayonda torpaqların əkinə cəlb edilməsinə, əhalinin məşğulluğunun təmin olunmasına, ekoloji cəhətdən təmiz meyvə, kartof, tərəvəz və bostan bitkilərinin istehsalının həcminin və çeşidinin artırılmasına şərait yaradacaqdır.

Dağlar diyarının əməkçiləri əkin sahələrinin genişləndirilməsi, intensiv üsullarla məhsuldarlığın artırılması istiqamətində əzmlə çalışır, uğurlarını artırırlar.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see375

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see360

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see353

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see338

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see330

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see327

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see324

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see324

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see321

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see319

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see310

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see306

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see300

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see290

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see265

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see265

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see264

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see243

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see234

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri