Icma.az
close
up
RU
Prezidentin Forumdan mesajı: Azərbaycan gələcəyin inkişaf xəritəsini qurur

Prezidentin Forumdan mesajı: Azərbaycan gələcəyin inkişaf xəritəsini qurur

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakıda keçirilən Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın yeni geosiyasi və geoiqtisadi statusunun dünyaya təqdim olunduğu strateji hadisəyə çevrilib. İqlim dəyişikliklərinin təsirləri və havanın qeyri-sabitliyinə baxmayaraq, forumun yüksək səviyyədə təşkili və 40 mindən artıq iştirakçının Bakıya toplaşması göstərir ki, Azərbaycan artıq qlobal tədbirlərin keçirilməsi baxımından dünyanın əsas diplomatik mərkəzlərindən birinə çevrilməkdədir. Cənab  Prezident İlham Əliyevin forumdakı çıxışında məhz bu reallıqlara diqqət çəkərək Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa-quruculuq strategiyasını, dayanıqlı inkişaf modelini və gələcək şəhər konsepsiyasını beynəlxalq auditoriyaya təqdim etdi”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə,  Forum bird aha onu göstərir ki, Azərbaycan artıq yalnız regional siyasi aktor deyil, qlobal dialoq və əməkdaşlıq platformasına çevrilib. “Forumun yüksək səviyyədə təşkili isə Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübənin və idarəçilik imkanlarının növbəti nümayişidir”, - o vurğulayıb.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinə toxunaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında tamamilə yeni urbanizasiya modeli yaradıldığını vurğulayıb:

“Dövlət başçısı qeyd etdi ki, bu ərazilərdə bütün layihələr yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Bu mesaj əslində Azərbaycanın yalnız dağıdılmış bölgələri bərpa etmədiyini, eyni zamanda gələcəyin şəhər modelini qurduğunu göstərir.

WUF13 çərçivəsində keçirilən müzakirələrin əsas mövzuları - iqlim dəyişikliyi, mənzil böhranı, şəhərlərin dayanıqlı inkişafı, böhran sonrası bərpa, rəqəmsal urbanizasiya və yaşıl iqtisadiyyat- Azərbaycanın qarşıya qoyduğu strateji inkişaf hədəfləri ilə tam uyğunluq təşkil edir. Bu baxımdan forum Bakının qlobal urbanizasiya gündəliyində söz sahibi olmaq iddiasını ortaya qoyur.

Prezident İlham Əliyevin forumda səsləndirdiyi əsas mesajlardan biri də Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqlar idi. Dövlət başçısı vurğuladı ki, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni şəhərlər salınır, infrastruktur yenidən qurulur və region müasir inkişaf modelinə uyğun transformasiya edilir. Bu isə beynəlxalq investorlar və maliyyə institutları üçün yeni iqtisadi imkanlar yaradır.
Əslində WUF13 Azərbaycanın iqtisadi strategiyası baxımından da mühüm platformadır. Forumda iştirak edən beynəlxalq şirkətlər, investorlar və urbanistika üzrə ixtisaslaşmış qurumlar Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə xüsusi maraq göstərirlər. “Ağıllı şəhər”, yaşıl enerji, rəqəmsal texnologiyalar, logistika, infrastruktur və turizm layihələri gələcəkdə regiona xarici investisiyaların cəlb olunmasını sürətləndirə bilər.

Forumun geoiqtisadi əhəmiyyəti Azərbaycanın tranzit və logistika imkanları ilə də birbaşa bağlıdır. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı rola diqqət yetirməsi təsadüfi deyildi. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan gələcəkdə regionun əsas iqtisadi və logistika mərkəzlərindən birinə çevrilmək niyyətini açıq şəkildə nümayiş etdirir. WUF13 isə bu strategiyanın beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm imkan yaratdı”.
Deputat onu da qeyd edib ki, Forum Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır: “Dünyada geosiyasi qarşıdurmaların və iqtisadi qeyri-sabitliyin artdığı bir vaxtda Bakının belə böyük beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi ölkənin sabitlik, təhlükəsizlik və əməkdaşlıq məkanı kimi qəbul olunmasını daha da gücləndirir. Bu isə Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də diplomatik imkanlarını genişləndirir.

Turizm aspektindən də WUF13 mühüm dividendlər vəd edir. Minlərlə xarici nümayəndənin Bakıya gəlməsi Azərbaycanın beynəlxalq tədbirlər turizmi sahəsində mövqeyini möhkəmləndirir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun gələcək turizm potensialının beynəlxalq auditoriyaya təqdim olunması həmin bölgələrin qlobal tanıtımına xidmət edir.
Forum çərçivəsində keçirilən dialoqlar, assambleyalar və dəyirmi masalar göstərir ki, müasir şəhərsalma artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də geosiyasət, iqtisadiyyat, sosial inkişaf və təhlükəsizlik məsələsidir. Azərbaycanın bu proseslərin mərkəzində yer alması isə ölkənin qlobal gündəlikdə artan rolunun göstəricisidir.

Nəticə etibarilə, WUF13 Bakıda keçirilən adi beynəlxalq forum deyil. Cənab Prezident İlham Əliyevin çıxışı fonunda bu tədbir Azərbaycanın yeni geosiyasi statusunun, postmünaqişə inkişaf modelinin və gələcək iqtisadi strategiyasının dünyaya təqdimatı kimi qiymətləndirilə bilər. Qlobal şəhər gündəliyinin gələcək konturlarının məhz Bakıda formalaşdırılması isə göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, daha geniş beynəlxalq məkanın inkişaf istiqamətlərinə təsir edən əsas aktorlardan birinə çevrilir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri