Icma.az
close
up
RU
Prezidentin Kəlbəcər səfəri simvolik işgüzar səfər deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır

Prezidentin Kəlbəcər səfəri simvolik işgüzar səfər deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Cənab Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə növbəti səfəri, ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra bu bölgəyə verilən yüksək dövlət qayğısının daha bir təzahürü oldu. Dövlət başçısının “Əziz kəlbəcərlilər, xoş gəlmisiniz!” sözləri təkcə salamlaşma deyil, həm də bu müqəddəs torpağa xalqın dönüşünün simvolik çağırışı kimi səsləndi. Bu səfər, eyni zamanda, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işlərinin Kəlbəcər rayonu üzrə mərhələli və strateji plan əsasında icra edildiyinin real göstəricisi oldu”.“Kəlbəcər bu gün dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Prezident İlham Əliyev səfər çərçivəsində Kəlbəcərin müasir infrastrukturla təmin edilməsi, urbanizasiya, enerji, nəqliyyat və sosial xidmət sahələrində həyata keçirilən layihələrin gedişatı ilə tanış oldu: “Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Kəlbəcər artıq dağıdılmış bir şəhər deyil – o, müasirliyi, ekoloji təmizliyi və füsunkar təbiəti ilə dünyada seçilən yaşayış məkanına çevrilir. Yeni tikilən yollar, su elektrik stansiyaları, müasir kommunikasiya sistemləri, yaşayış binaları və sosial obyektlər bölgənin iqtisadi və turizm potensialını əhəmiyyətli dərəcədə artırır. Bütün bunlar Prezident İlham Əliyevin uzaq görən siyasəti nəticəsində “Ağıllı şəhər” və “Yaşıl enerji zonası” konsepsiyalarına uyğun şəkildə reallaşdırılır”.

Nicat İsmayılov

“Kəlbəcərin işğalı bizim üçün böyük faciə idi” - Tarixi yaddaş unudulmur....

Nicat İsmayılov bildirib ki, Kəlbəcərin 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, təkcə bu bölgənin deyil, bütövlükdə Azərbaycanın üzərinə qara kölgə salmışdı. Minlərlə ailə doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlər yerlə-yeksan edilmişdi.

“Prezident İlham Əliyev çıxışında bu faciəni dərin siyasi təhlil fonunda təqdim edərək qeyd etdi ki, Kəlbəcərin işğalı o vaxtkı Azərbaycan hakimiyyətinin zəifliyi və xəyanətkar yanaşmasının nəticəsi olmuşdur. Bu sözlər, dövlət rəhbərinin məsuliyyətli və obyektiv yanaşmasının bariz nümunəsi olmaqla yanaşı, tarixə də ədalətli qiymətin verilməsidir. “Bu məsələni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər”.

Cənab Prezident İlham Əliyev çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə və beynəlxalq vasitəçilərin işğalın davam etdirilməsinə şərait yaratmasına sərt mövqe bildirdi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdı və barışmadı da. 44 günlük Vətən müharibəsi bunun sübutu oldu”-deyən politoloq vurğulayıb ki, bu gün bölgədə yaranmış yeni reallıqlar Azərbaycanın siyasi, hərbi və diplomatik sahədə əldə etdiyi tarixi nailiyyətin nəticəsidir və dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində 30 illik ədalətsizliyə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi və yeni inkişaf mərhələsinə qədəm qoyuldu.

Politoloq bildirib ki, İlham Əliyevin Kəlbəcərə ilk səfəri 2021-ci ilin 16 avqustunda baş tutmuş və həmin tarixdən etibarən rayonda geniş bərpa və yenidənqurma prosesinə start verilmişdi. Həmin səfər çərçivəsində bir sıra mühüm layihələrə imza atılmışdı:

Ömər aşırımı ilə tanışlıq, regionun coğrafi əlçatanlığının qiymətləndirilməsi;Murovdağ tunelinin təməlqoyması, 11,6 km uzunluğunda nəhəng mühəndis layihəsi;“Kəlbəcər-1” Su Elektrik Stansiyasında yenidənqurma, yaşıl enerji siyasətinin icrası;“Kəlbəcər” yarımstansiyasının açılışı, elektrik enerjisinin davamlı təminatı;Kəlbəcər-Laçın yolu üzrə tunel tikintisi, strateji nəqliyyat əlaqələrinin inkişafı;Arıçılarla görüş, yerli sahibkarlığın dəstəklənməsi;Kəlbəcərdə Dövlət Bayrağının ucaldılması, dövlət suverenliyinin simvolu;“N” saylı hərbi hissədə yaradılan şəraitlə tanışlıq, müdafiə gücünün artırılması;“İstisu” sanatoriyasına baxış, müalicəvi turizmin inkişafı;İstisu–Minkənd avtomobil yolu, yeni kommunikasiya arteriyası.

Bu səfərlər, cənab Prezidentin regionların inkişafına göstərdiyi strateji yanaşmanın və planlı icra mexanizminin tərkib hissəsidir.

Nəticə etibarı ilə cənab prezident, İlham Əliyevin Liderliyi ilə Kəlbəcər yenidən doğulur!

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə etdiyi səfər bir daha sübut etdi ki, Azərbaycan yalnız torpaqlarını deyil, həm də tarixi yaddaşını, milli kimliyini və gələcəyini bərpa edir: “Bu, müasir Azərbaycan dövlətçiliyinin ali mərhələsidir. Güclü lider, güclü xalq və güclü dövlət modelinin real nəticəsidir”.

“Bu gün Kəlbəcər ucalır. Bu gün Kəlbəcər inkişaf edir. Bu gün Kəlbəcər, Azərbaycan Prezidentinin uzaqgörən və qətiyyətli siyasətinin təcəssümüdür. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət həm milli maraqlara əsaslanan daxili inkişaf strategiyasını, həm də beynəlxalq arenada Azərbaycanın maraqlarının prinsipial müdafiəsini təmin edir. Kəlbəcərə edilən bu səfər təkcə simvolik deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır”-deyən Nicat İsmayılov bildirib ki, bu gün görülən işlər Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsinin, post-müharibə dövründə bərpa və quruculuğun model ölkəsinə çevrilməsinin təsdiqidir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri