Prezidentin Slovakiyaya səfəri Cənubi Qafqazda regional stabilliyin dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya səfərinin siyasi-iqtisadi üstünlükləri ilə yanaşı
diplomatik əhəmiyyəti də yüksəkdir. Slovakiya Aİ-dəki mövqeyindən istifadə edərək Azərbaycanın Avropa strukturlarına inteqrasiyasını dəstəkləyə bilər”.
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O qeyd edib ki, bu, siyasi və iqtisadi əməkdaşlıqdan əlavə, humanitar və mədəni sahələri də əhatə edə bilər:
“Azərbaycanın Avropa məkanında mövqeyini gücləndirməsi və regional layihələrdə iştirakını artırması üçün belə səfərlər əhəmiyyətli siqnaldır”.
Politoloq diqqətə çatdırıb ki, səfərin regional geosiyasi aspekti də qeyd edilməlidir:
“Cənubi Qafqazda sabitlik və əməkdaşlığın gücləndirilməsi Avropanın maraqlarına uyğun gəlir. Slovakiya ilə əməkdaşlıq Azərbaycanın regiondakı strateji layihələrdə, xüsusilə enerji və nəqliyyat dəhlizlərində Avropa tərəfdaşları ilə daha sıx əlaqə qurmasına imkan verir.
Son olaraq qeyd edim ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi, ikitərəfli iqtisadi və enerji əməkdaşlığının dərinləşdirilməsi və Cənubi Qafqazda regional stabilliyin dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Prezidentin Media Forumda səsləndirdiyi fikirlər regional əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır RƏY
23 İyul 2025 12:46
“Prezidentin çıxışı Cənubi Qafqazda sabitliyi vurğulayacaq” Xəyal Bəşirov
23 Sentyabr 2025 14:49
Prezidentin Danimarka səfəri strateji əhəmiyyət kəsb edir POLİTOLOQ ŞƏRH ETDİ
03 Oktyabr 2025 11:14
Prezidentin Kəlbəcər səfəri simvolik işgüzar səfər deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır
22 Avqust 2025 17:46
Deputat: İran prezidentinin səfəri regional əməkdaşlığın genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır
29 Aprel 2025 17:34
Baxış sayı:103
Bu xəbər 09 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















