Icma.az
close
up
RU
Prezidentin korrupsiya oyunu: Cənubi Koreyada böyük çaxnaşma

Prezidentin korrupsiya oyunu: Cənubi Koreyada böyük çaxnaşma

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Koreya prezidenti Yoon Suk-yeol hərbi vəziyyət elan edib. Altı saat sonra Yoon qərarını dəyişdirərək istefaya çağırışlara səbəb olub. Yoonun Cənubi Koreyada 40 ildən artıq müddətdə ilk dəfə hərbi vəziyyət elan etməsi ABŞ və digər müttəfiqlərini təşvişə salıb.

Bəs, hazırda Cənubi Koreyada baş verən siyasi hadisələrin əsas səbəbi nədir və hansı nəticələrə gətirib çıxarda bilər?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Ərəstun Oruclu deyib ki, xarici medianın yazdığına inansaq, Cənubi Koreyadakı vəziyyət daxili siyasi konfliktdir və səbəbi heç də deyildiyi kimi dövlət daxilində hər hansı bir çevriliş cəhdi, yaxud Şimali Koreyaya bağlı hansısa qüvvələrin ölkənin suverenliyinə qəsd etməsi məsələsi deyil.

"Bunlar, sadəcə ölkə prezidentinin hansısa korrupsiya əməlləri ilə bağlıdır. Prezident isə bu məsuliyyətdən qaçmaq, yayınmaq üçün belə bir addım atıb ki, öz aponentlərini təhdid edib onları real təsir imkanlarından kənarlaşdırsın", - deyə, o əlavə edib.

Politoloqun sözlərinə görə, Cənubi Koreya kənardan bizə ideal görünə bilər, ancaq Koreya yarımadasındakı müharibədən sonra 6 dəfə respublika qurulub və 6 dəfə də hərbi diktatura olub. 

"Bu gün də həmin o diktaturanın tərəfdarları hakimiyyətdə təmsil olunublar. Digər tərəfdən, həmin o sivil hökumətin davamçıları isə prezidentin partiyasında təmsil olunublar. Yəni, bu daxili konflikt davam edir. Onu da qeyd edim ki, müharibədən sonrakı dövrdə hakimiyyətdən kənarlaşdırılan mülki hökumətin 6-sı da korrupsiyada ittiham edilib. Bu göstərir ki, ölkədə korrupsiya səviyyəsi yüksəkdir. Ona görə də bu səbəb daha inandırıcı görünür, nəinki digər səbəblər".

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri