Icma.az
close
up
RU
Prezidentin müsahibəsi Azərbaycanın gələcək strateji hədəflərinin göstəricisidir ŞƏRH

Prezidentin müsahibəsi Azərbaycanın gələcək strateji hədəflərinin göstəricisidir ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibələr ictimai-siyasi proseslərin cəmiyyətə dolğun və ardıcıl şəkildə çatdırılmasında mühüm rol oynayır. Bu müsahibələr təkcə informativ xarakter daşımır, eyni zamanda dövlət siyasətinin əsas istiqamətlərinin izahı, qəbul edilmiş qərarların məntiqinin açıqlanması və qarşıdakı dövr üçün strateji baxışların formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin format bir tərəfdən ötən ilin əsas nəticələrinin sistemli şəkildə ümumiləşdirilməsinə, digər tərəfdən isə yeni mərhələnin prioritetlərinin və hədəflərinin ictimaiyyətə açıq şəkildə təqdim olunmasına imkan yaradır. Dövlətimizin başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş müsahibəsi də məhz bu baxımdan mövcud siyasi proseslərin məzmununu geniş və çoxşaxəli formada əks etdirən mühüm analitik mənbə kimi diqqət çəkir.

Müsahibədə qeyd olunan mövzulardan biri Azərbaycan–Amerika Birləşmiş Ştatları (ABŞ) münasibətlərində baş verən keyfiyyət dəyişikliyidir. Məlum olduğu kimi, uzun illər ərzində bu münasibətlərin inkişafına ciddi maneə yaradan 907-ci düzəliş ikitərəfli əməkdaşlığın potensialının tam reallaşdırılmasına imkan vermirdi. Müstəqilliyin ilk illərindən etibarən münasibətlərin inkişafı istiqamətində atılan addımlara baxmayaraq, Qarabağ probleminin davam etməsi, eləcə də ABŞ daxilində fəaliyyət göstərən anti-Azərbaycan dairələrin və erməni lobbi qruplarının təsiri bu məhdudiyyətlərin qorunub saxlanmasına zəmin yaradırdı. Nəticədə əməkdaşlıq müəyyən sahələrlə məhdudlaşır, münasibətlərin strateji müstəviyə keçidi ləngiyirdi.

2025-ci ildə Qarabağ probleminin siyasi müstəvidə başa çatması və ABŞ-da praqmatik yanaşmanı ön plana çəkən yeni administrasiyanın formalaşması bu vəziyyəti köklü şəkildə dəyişib. Vaşinqtonda atılan simvolik və eyni zamanda siyasi baxımdan mühüm addımlar Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyub. Həmin mərhələ qarşılıqlı maraqlara, real nəticələrə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanan münasibət modelinin formalaşmasını şərtləndirir. Bu dəyişikliklər təsadüfi deyil, məhz yeni regional reallıqların və artan qarşılıqlı maraqların məntiqi nəticəsidir.

Ötən ilin mühüm hadisələrindən biri kimi D-8 təşkilatına üzvlük də dövlətimizin başçısının sözügedən müsahibəsində geniş şəkildə dəyərləndirilir. Təxminən otuz ilə yaxın müddətdə yeni üzv qəbul etməyən bu nüfuzlu platformada Azərbaycanın seçilməsi ölkənin beynəlxalq müstəvidə artan etimadının və müstəqil siyasətinin göstəricisi kimi təqdim olunur. Əhali və iqtisadi potensial baxımından nəhəng dövlətlərin birləşdiyi bu təşkilatda Azərbaycanın fəal iştirak niyyəti, təşəbbüslərlə çıxış etməsi və müxtəlif sahələr üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması qlobal əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Bu üzvlük, eyni zamanda ölkənin çoxtərəfli diplomatiya xəttinin daha da güclənməsinə töhfə verir.

Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsində vurğulanan məqamlardan biri siyasətin mərkəzində vətəndaş amilinin dayanmasıdır. Sosial və investisiya yönümlü siyasət arasında tarazlığın qorunması uzunmüddətli sabitliyin və davamlı inkişafın əsas şərti kimi təqdim olunur. Son illərdə minimum əməkhaqqının dəfələrlə artırılması, pensiya və müavinətlərin mütəmadi indeksləşdirilməsi, ardıcıl sosial islahat paketlərinin icrası bu yanaşmanın real nəticələrini nümayiş etdirir. Xüsusilə şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı istiqamətində həyata keçirilən tədbirlər dövlətin üzərinə düşən məsuliyyətə prinsipial və davamlı yanaşmasının göstəricisi kimi ön plana çıxır. Minlərlə ailənin mənzillə təmin olunması, müasir protezlərlə təminat, təhsil və səhiyyə infrastrukturunun genişləndirilməsi sosial siyasətin məqsədyönlü və uzunmüddətli xarakter daşıdığını aydın şəkildə göstərir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib: “Yəni bu, bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq”.

Prezident İlham Əliyevin müsahibəsində vurğulanan istiqamətlərdən biri də ordu quruculuğunun fasiləsiz xarakter daşımasıdır. Qazanılmış hərbi uğurların arxayınlıq yaratmaması, Silahlı Qüvvələrin daha da gücləndirilməsi üçün stimul kimi dəyərləndirilməsi strateji yanaşmanın əsas elementlərindən biri kimi təqdim olunur. Bu kontekstdə müdafiə sənayesinin inkişafı təkcə təhlükəsizlik məsələsi kimi deyil, eyni zamanda iqtisadi və texnoloji inkişafın vacib komponenti kimi dəyərləndirilir. Hərbi təyinatlı məhsulların daxili istehsalının genişləndirilməsi, ixrac coğrafiyasının artırılması, aparıcı beynəlxalq şirkətlərlə birgə müəssisələrin yaradılması bu sahənin artıq müstəqil sənaye istiqaməti və gəlir mənbəyi kimi formalaşdığını göstərir. Qısa müddətli perspektivdə ixracın bir milyard dollara çatdırılması hədəfi real və əsaslandırılmış məqsəd kimi təqdim olunur.

Bu müsahibə bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çağırışlara vaxtında və adekvat cavab verən, milli maraqlarını qətiyyətlə qoruyan və gələcəyini aydın strateji hədəflər üzərində quran güclü dövlətdir.Dövlət başçısının ictimaiyyətə ünvanladığı bu açıq və səmimi dialoq həm cəmiyyətə inam aşılayır, həm də qarşıdakı dövrdə görüləcək işlər üçün siyasi məsuliyyət və milli birlik çağırışı kimi çıxış edir. Bu baxımdan müsahibə Azərbaycanın müasir tarixində yeni mərhələnin ideoloji və siyasi konturlarını müəyyənləşdirən mühüm proqram xarakterli çıxış kimi dəyərləndirilməlidir.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see682

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see178

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see136

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri