Icma.az
close
up
RU
Elnarə Akimova: “Prezidentin cavabı Azərbaycanın lider mövqeyinin göstəricisidir”

Elnarə Akimova: “Prezidentin cavabı Azərbaycanın lider mövqeyinin göstəricisidir”

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu baş tutdu.

İyunun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələri iştirak edir.

Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

O cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Forumda iştirak edib və sualları cavablandırıb.

Ukraynalı jurnalist Dmitri Qordon, “Ukrayna-Rusiya” müharibəsinə dair İlham Əliyevdən Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub.

Prezident isə cavabında deyib:

“Məsləhətim Ukrayna vətəndaşlarına – heç vaxt işğalla barışmayın”.

“Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə – mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam – 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, – deyə Prezident əlavə edib.

Bəs maraqlıdır, Preizdent İlham Əliyevin bu cür cavab bildirməsi Rusiya tərəfindən qəzəblə qarşılana bilərmi?

Daha dəqiq, Rusiya yeni təxribatlara əl ata bilərmi və biz buna hazırıqmı?

Bu barədə Milli Məclisin deputatı Elnarə Akimova Gununsesi.info-ya danışıb.

O, bu barədə deyib:

“Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Bütün hallarda verilən cavablar Prezident İlham Əliyevin uzaqgörən və hökmlü siyasətindən zəmin alırdı. Eyni zamanda təcrübədən keçən nəzəri baxış və dünyagörüş amilini də unutmamalıyıq. Belə mövqe ölkə başçısının Ukraynadan olan jurnalistin sualını cavablandıran zaman bir daha sərgiləndi. Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun prezidentə ünvanladığı “siz… Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, “bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olub. İndi verdiyim cavab o zamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”.

Akimova həmçinin deyib:

“Düşünürəm ki, ölkə başçısı, cənab İlham Əliyev bununla əslində, Azərbaycanın ölkə olaraq duruşuna diqqət çəkdi, özünün lider kimi qətiyyətini bir daha meydana qoydu. Bu, sadəcə Azərbaycan Prezidentinin işğal faktoruna münasibətidir. Ona qalsa, Azərbaycan bütün hallarda başqa xalqlarla dostluq və əməkdaşlıq prinsipi əsasında körpülər qurur. Məsələn, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və ona humanitar yardımlar göstərir. Yaxud Rusiya-Ukrayna arasında müharibə başlamazdan əvvəl, 22 fevral 2022-ci il tarixində Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” də imzalayıb. Həmin sənəddə siyasi, iqtisadi və daha bir çox sahədə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir. Buna baxmayaraq, meydanda işğal faktoru varsa, otuz ilə yaxın müddətdə bunun əziyyətini çəkən lider olaraq, həssaslıq və qətiyyət nümayiş etdirməsi təbiidir. Bu cavabdan kimlərinsə rəncidə olması isə artıq onların öz işləridir. Azərbaycan Prezidenti bütün sözlərini nəzərə alaraq səsləndirir. Yəni o mövqedən çıxış edərək səsləndirir ki, arxa fonda bunun əyani nümunəsi görünsün. Elə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə də Azərbaycanın ötən əsrin 90-cı illərində üzləşdiyi çətin və kataklik dönəmlərə vurğu salmağı nahaq deyildi”.

Xanım deputat son olaraq bildirib:

“Prezident bununla demək istəyirdi ki, biz bütün gərginlikləri aşaraq məqsədimizə doğru irəlilədik. Əgər işğalla barışsaydıq, baş verənlərə, itki və faciələrə inadlı şəkildə dözüb davam gətirərdikmi? Prezidentin tövsiyəsi bu mənada, keçilmiş tale yoluna, aşılan çətinliklərin miqyasına güvənilərək söylənən, uğurlu taktiki gedişə əsaslanan və ən əsası, Azərbaycan xalqının və onun liderinin obrazını simvolizə edərək meydana qoyulan yaxşı düşünülmüş cavab idi”.

Qeyd edək ki, Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri