Icma.az
close
up
RU
Prezidentin müsahibəsi Azərbaycanın qlobal proseslərə olan mövqeyinin təqdimatı idi

Prezidentin müsahibəsi Azərbaycanın qlobal proseslərə olan mövqeyinin təqdimatı idi

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində hər zaman olduğu kimi mühüm məsələlərə toxunub, ölkəmizin mövqeyini, qlobal miqyasda gedən proseslərə yanaşmasını açıq şəkildə ortaya qoyub. Hesab edirəm ki, bu müsahibə həm də Azərbaycanın qlobal proseslərə olan mövqeyinin təqdimatıdır”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, dövlət başçısının müsahibə zamanı əsas diqqət çəkdiyi məsələlərdən biri haqlı olaraq dünyada mövcud olan ikili standartlar, qeyri-obyektiv, bu və ya digər ölkələrə qarşı ədalətsiz yanaşma ilə bağlı olub. İlham Məmmədov qeyd edib ki, Cənab İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün yubanmasını da məhz bu kontekstdən qiymətləndirib:
“Dövlət başçısının qeyd etdiyi kimi biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, baxmayaraq, uzun illərdir, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi kimi Cənab Prezident haqlı olaraq proteksionizmi, ikili standartları, tarifləri göstərib. Eyni zamanda dövlət başçısı haqlı olaraq eyd edib ki, bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Cənab İlham Əliyev bildirib ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir”.
Deputat qeyd edib ki, müsahibə zamanı Cənab Prezident Azərbaycanın mövqeyini də bir daha bu nüfuzlu telekanal vasitəsilə dünyaya bəyan etmiş oldu və ölkəmizin qeyri-obyektiv yanaşma, ikili standartlar, qarşıdurma, münaqişələr, imperializmə qarşı mübarizə apardığını diqqətə çatdırdı:
“Cənab İlham Əliyev qeyd etdi ki, bir ölkə başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Dövlət başçısının haqlı olaraq vurğuladığı kimi bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti sözügedən müsahibə zamanı bir növ dünya lidürlərinə siyasi baxımdan dərs vermiş oldu:
“Cənab İlham Əliyevin də qeyd etdiyi kimi liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir. Dövlıt başçısının təbirincə desək ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Cənab İlham Əliyev haqlı olaraq bildirib ki, bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”.
İlham Məmmədov qeyd edib ki, Azərbaycanda isə situasiya fərqlidir və Cənab İlham Əliyev dövlət başçısı kimi xalqa verdiyi hər bir vədi yerinə yetirib:
“Ona görə də xalqın Cənab İlham Əliyevə etimadı daimidir. Cənab Prezident ölkənin bir nömrəli postuna oturduqdan sonra həmişə xalqa ədaləti bərpa edəcəyini söyləyib və bunu reallaşdırıb. Xalqa verdiyi bütün vədləri yerinə yetirib, ən əsası suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa edib. Hesab edirəm ki, Cənab İlham Əliyevin müsahibə zamanı söylədiyi “Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız” fikirləri dünya liderləri üçün siyasət və həyat dərsi oldu”.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Fevral 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri