Icma.az
close
up
RU
Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması gələcəkdə turizmə böyük ziyan vuracaq

Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması gələcəkdə turizmə böyük ziyan vuracaq

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Xəzərdə suyun səviyyəsinin azalması ilə bağlı illərdir çağırışlar etsə də, indi bu fəsadları aydın görürük".

Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

Onun sözlərinə görə, Xəzərdə suyun azalması gələcəkdə kənd təsərrüfatına, şəhərlərin infrastrukturuna, limanlara, eləcə də turizmə böyük ziyan vuracaq:

"Azərbaycan Xəzər dənizindəki problemi ilk dəfə qabartmır. Xəzərdə suyun azalması Xəzəryanı ölkələr üçün problemlər gətirəcək və bunu illərdir deyirik. Bu gün artıq həmin fəsadları görürük. Misal olaraq, Dənizkənarı Bulvar ərazisində Xəzər gözlə görünəcək qədər dayazlaşıb. Bunun nəticəsində insanlar zamanla dayazlaşmış yerlərdən köçəcəklər. Çünki biomüxtəlifliyə ziyan vurulur, canlılar tələf olur. Bu, böyük və ciddi fəsadlardır. Bütün bunlar hələ gördüklərimizdir. Təsəvvür edin, hələ nə qədər görülməyən problemlər var".

M.Babayev Xəzərdə suyun azalmasının əsas səbəblərindən də danışıb:

"Əsas səbəb çaylarda suyun azalmasıdır. Volqa çayında son illərdə kəskin azalma baş verib. Volqadan əlavə, Ural, Terek, Samur, Kür çayında suyun səviyyəsi azalıb. Suyun istifadəsində digər ölkələrlə razılıqların olmaması Xəzərdə suyun kəskin azalmasına səbəb olub. Bundan başqa, böyük su anbarlarının tikintisi, eləcə də kənd təsərrüfatında sudan istifadə əsas səbəblərdəndir".

Prezidentin nümayəndəsi, eyni zamanda, iqlim dəyişikliyinə də toxunaraq sözügedən problemi başlıca səbəb kimi qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri