Icma.az
close
up
RU
Prezidentin orden verdiyi Anar İsgəndərov kimdir? DOSYE

Prezidentin orden verdiyi Anar İsgəndərov kimdir? DOSYE

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Anar Camal oğlu İsgəndərovu "Şöhrət" ordeni ilə təltif edib.

Ölkə.Az A.İsgəndərovun dosyesini təqdim edir:

Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub.
1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1984-cü ildən BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır.
1978–1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Fəlsəfə" kafedrasında kabinet müdiri, 1984–1999-cu illərdə BDU-nun Tarix fakültəsi "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında baş laborant, müəllim, baş müəllim, dosentkimi fəaliyyət göstərib.

1989-cu ildə "Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı" mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə "Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir.

Çalışdığı müddətdə "Azərbaycan tarixinin tarixşünaslığı", "Azərbaycan tarixinin mənbəşünaslığı", "Tarix elminin aktual problemləri", "Tarixi tədqiqatların metodoloji problemləri" fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir.
1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" qızıl medalı ilə təltif olunub.

2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərinə görə "Qızıl döş nişanı" ilə təltif olunmuşdur.
"1918–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi" mövzusunda tədqiqat işləri aparıb.

A. İsgəndərov 2011–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri olub. 2020-ci ildən yenidən həmin vəzifəni icra edir. Eyni zamanda o, Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov "Tarix və onun problemləri", Tarix, insan və cəmiyyət, "Dirçəliş", "Kəlam", "Yaşıl çay", "Metafizika"jurnallarının redaksiya heyətinin üzvüdür.

2011-ci ildə Castin Makkartinin ön sözü ilə ABŞ-də nəşr olunmuş "Realites of Azerbaijan: 1917–1920" əsəri ilə ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifdir.
A. İsgəndərovun 6 monoqrafiyası, 8 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi nəşr olunmuş, o, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olub.
Milli Məclisin VI və VII çağırış deputatıdır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

2024-cü il oktyabrın 8-də Azərbaycan — İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Dekabrın 29-da Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibinə daxil edilib. Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.

A.İsgəndərov müqəddəs Həcc, Ümrə və Məhşəd ziyarətlərində olub.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, 10 yanvarda A.İsgəndərovun 70 yaşı tamam olacaq.

Billurə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:340
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri