Icma.az
close
up
RU
Prezidentin Ordumuzla bağlı açıqlaması Hərbi xidmət müddəti azaldılacaq?

Prezidentin Ordumuzla bağlı açıqlaması Hərbi xidmət müddəti azaldılacaq?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün keçirilən tarixi hərbi paradda nümayiş olunan silahlar, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyətinin daha da sistemləşdirilməsi xüsusi diqqət çəkib. Bildirilir ki, Vətən müharibəsindən sonra aviasiyamız gücləndirilib, həmçinin “İce breaker” və bu kimi supersonik raketlər, artilleriya qurğuları ilə ordumuzun arsenalı zənginləşdirilib.
Bununla yanaşı, Azərbaycan ordusunda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sayı kəskin artırılıb. Təkcə ötən gün parad zamanı meydanda təxminən 4000 XTQ üzvü var idi. Bu, həmin qüvvələrin yalnız kiçik bir hissəsidir.
Azərbaycan ərazi bütövlüyünü bərpa etsə də, regionda və dünyada gedən proseslərə qarşı mümkün risklər fonunda hər keçən gün ordusunu gücləndirir. Xüsusən Prezident İlham Əliyevin bir qədər əvvəl dediyi “Azərbaycan ordusu NATO standartları ilə formalaşır” fikri bu baxımdan maraq doğurur.
Demokrat.az xəbər verir ki, bunu Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə və uğurlu antiterror əməliyyatlarından sonra Azərbaycan rəsmi şəkildə ordunun Türkiyənin “kiçik ordu modeli”nə keçəcəyini bəyan edib:
“Azərbaycan ordusunun Türkiyə modelinə keçidi, eyni zamanda NATO standartlarına uyğunlaşma anlamına gəlir. Ordumuzun NATO prinsipləri əsasında formalaşması çox müsbət haldır. Lakin bu mərhələdə hələ bütün texnikanın həmin standartlara uyğun silahlarla təchiz olunduğunu demək tezdir. NATO standartları dedikdə əsasən silahlanma və texniki təminat nəzərdə tutulur.
Azərbaycan müxtəlif ölkələrdən fərqli tipli hərbi texnikalar alır.
Son illərdə Çindən hava hücumundan müdafiə sistemləri, İsraildən müxtəlif növ silahlar, eləcə də Türkiyə, Slovakiya və Çexiyadan texnikalar alınıb. Görünür ki, Azərbaycan ən müasir və effektiv silah sistemlərini seçməyə çalışır. Tam şəkildə NATO standartlarına keçid üçün vaxt lazımdır. Çünki hava hücumundan müdafiə sistemlərimiz müxtəlif ölkələrdən tədarük olunub – Rusiyadan “S-300” kompleksləri, Belarus, İsrail və Çin istehsalı olan texnikalar mövcuddur”.
Ekspert vurğulayıb ki, Azərbaycan hava hücumundan müdafiə sistemi kimi “Patriot” almayacaq:
“Amma buna uyğun ən yaxşı alternativ texnologiyalar əldə olunur. Bu da ordumuzun daha da inkişafına gətirib çıxaracaq. Son paradlarda nümayiş etdirilən yeni silahlar arasında “DİTA” haubitsaları, “NORA”, HQ-9B, A2-AD və digər müasir sistemlər yer alıb. Bunlar öz nəsillərinin ən güclü nümunələridir.
Ordunun NATO standartlarına uyğunlaşdırılması təkcə silahlanma ilə məhdudlaşmır, eyni zamanda idarəetmə, təlim və hərbi düşüncə sistemində də keyfiyyətcə yeni mərhələnin əsasını qoyur”.
Səxavət Məmməd həmçinin Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələrə də münasibət bildirib:
“Bu, hələ ki gözlənilmir. Çünki hələ sülh müqaviləsi bağlanmayıb. Əgər bu olacaqsa da, 2030-cu ildən sonra nəzərdə tutula bilər. Müdafiə xərclərinin mərhələli şəkildə azaldılması 2030-cu ilə qədər baş verəcək”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri