Icma.az
close
up
RU
Prezidentin Qarabağa səfəri özü də bir bayrama çevrilir Vüqar İskəndərov

Prezidentin Qarabağa səfəri özü də bir bayrama çevrilir Vüqar İskəndərov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Prezident İlham Əliyev artıq həm doğum günlərini, həm böyük, həm də milli bayramlarımızı ənənəvi hal olaraq Qarabağ və Şərqi Zəngəzurda qeyd edir. Bunun çox böyük bir simvolik mənası var. Ali Baş Komandanın sərkərdəliyi, komandanlığı və şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi ilə biz o torpaqlarımıza qovuşmuşuq. Orada bərpa, abadlıq, quruculuq, tikinti işləri görürük və bəlkə də dünyada eyni bölgədə sürətlə tikinti gedən bölgələr hal-hazırda Qarabağ və Şərqi Zəngəzurdur".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi.

Onun sözlərinə görə, Azərbaycan dövləti necə ki, müharibə dövründə unikal beşinci nəsil müharibə modelini ortaya qoydu, indi də dinc dövrdə quruculuqla, tikinti ilə, bərpa ilə həmin bölgələri cənnətə çevirməklə məşğuldur:

"Bu, dövlətimizin gücünün, qüdrətinin göstəricisidir və cənab prezidentin Birinci vitse-prezident hörmətli Mehriban Əliyeva ilə birgə Novruz bayramını, əlamətdar bayramlarımızı o bölgədə keçirməsi, insanlarla sıx təmasda olması, sadə insanların evində olması, onlarla fikir mübadiləsi aparması və ümumiyyətlə özünün orada iştirakı hər bir azərbaycanlını qürurlandırır, fəxarət hissi doğurur. Çünki dövlət başçısı o bölgələrdə olanda mütləq surətdə orada yeni açılışlar edir, yeni təməlqoyma mərasimlərində iştirak edir və yaxud da ki, hər səfərində orada görülən işlərlə yerində tanış olur, öz tapşırıqlarını, tövsiyələrini verir".

Millət vəkili vurğuladı ki, prezidentin o bölgələrimizə səfəri özü də bir bayrama çevrilir:

"Milli, tarixi keçmişə, ənənələrimizə bağlı olan Novruz bayramında İlham Əliyevin Mehriban xanımla birgə  Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin, infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması və orada insanlarla birlikdə bayramı qeyd etməsi təbii ki, çox böyük bir hadisədir, çox rəmzi və simvolik məna daşıyır. Əvvəl bizim mənəvi yaramız olan, indi isə mənəvi qürurumuza, iftixarımıza çevrilən həmin bölgələrdə böyük yenidənqurma işlərinin, tikinti işlərinin və infrastruktur layihələrinin icrasının olması və insanların artıq oraya qayıdaraq öz dədə-baba yurdlarında ləyaqətlə, layiqli yaşamaları hər birimizi qürurlandırır və bu, həm də paralel olaraq Azərbaycan dövlətinin gücünü, qüdrətini özündə əks etdirir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Mart 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri