Icma.az
close
up
RU
Prezidentin Zəngilan səfəri: Qarabağa həyatın qaytarılması diqqət mərkəzindədir

Prezidentin Zəngilan səfəri: Qarabağa həyatın qaytarılması diqqət mərkəzindədir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş rayonlara səfəri zamanı Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. 

Dövlət başçısı sakinlərlə görüşdə çıxışı zamanı bir sıra məsələlərə toxunaraq Zəngilanda aparılan tikinti-quruculuq işlərinin ölkəmizin qitisadiyyatına töhfə verəcəyini bildirib: 

"Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. 

Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik. 

Eyni zamanda, İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. 

Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq". 

Ölkə başçısının sözlərinə görə, Ermənistanla sərhəd, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon olacaq: 

"Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. 

Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib". Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfəri, həmin rayonlarda həyata keçirilən tikini-quruculuq işləri, reallaşan yeni layihələr ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.    

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, Zəngilan tarixən havası, suyu, gözəllikləri, təsərrüfatı ilə ölkəmizin ən səfalı güşələrindən biri olub: 

"Təəssüf  ki, uzun illər düşmən tapdağı altında qalıb, dağıdılıb, məhv edilib, torpaqları yararsız vəziyyətə salınıb, kəndləri viran qoyulub. Ancaq qələbədən sonra Zəngilan ən xoşbəxt günlərini yaşayır. Artıq bu rayon abadlaşdırılır, yeni kənd, yeni şəhər layihələri həyata keçirilir. 

İnsanlar öz ata-baba torpaqlarına qayıdırlar, əkib-becərir, təsərrüfatla məşğul olurlar. Zəngilanın gələcəyinə böyük ümidlərlə baxırlar. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlara, işğaldan azad olunmuş ərazilərə, eləcə də Zəngilana dəfələrlə səfərləri həmin ərazilərin canlandırılmasına, insanların rifahının təmin olunmasına göstərilən qayğı və diqqətin bir nümunəsidir. 

Cənab Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə bugünlərdə yenə də Zəngilanda oldu, bir çox obyektlərin açılışında iştirak etdi və Zəngilanın gələcəyi, inkişafı üçün çox mühüm tədbirlərin həyata keçirilməsinə ümidvar olduğunu bildirdi. 

Cənab Prezident  bildirdi ki, Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Dəmir yolu inşa edilir. 

Yaxın gələcəkdə - bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq. Əlbəttə ki, bu böyük bir sıçrayışın, irəliləyişin nəticəsidir. 

Çünki işğaldan azad olunmuş ərazilərin hər qarışında bu gün möhtəşəm tikinti, abadlıq, quruculuq işləri həyata keçirilir. Zəngilanda görülən işlərin də miqyası yoxdur və dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. 

Bu gün burada görülən işlər, eləcə də sərhəddə körpünün salınması, yeni obyektlərin tikilməsi Zəngilanı daha da inkişafa aparacaq, eləcə də burada çox mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək". 

Millət vəkilinin sözlərinə görə, Zəngilanda dəmir yolunun çəkilməsi, nəqliyyat infrastrukturunun yaradılması beynəlxalq nəqliyyat dəhlizi üçün əhəmiyyətli rola malik olacaq: 

"Bu, həm də yeni iş yerlərinin açılmasıdır. İnsanların rifah halının yaxşılaşdırılması, torpağa bağlılıq, vətənə böyük töhfə vermək deməkdir. Burada görülən işlər bir daha deməyə imkan verir ki, Zəngilan əvvəlki illərdə olduğu kimi, yenə də ölkənin iqtisadiyyatına töhfə verən bir rayona çevriləcək. 

Prezident cənab İlham Əliyev də öz çıxışında bunu qeyd edərək bildirib ki, biz Zəngilanın, bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfə vermək əzmindəyik və sözsüz ki, Zəngilan da işğaldan azad olunmuş rayonlarımız kimi ölkə iqtisadiyyatının inkişafında çox böyük rol oynayacaq və burada inşa edilən müasir obyektlər, sənaye müəssisələri insanların həyatının yaxşılaşdırılmasına bir yenilik gətirəcək. 

Cənab Prezidentin Zəngilana səfəri bir daha göstərir ki, işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlandırılması abadlıq-quruculuq işlərinin görülməsi hər an ölkə rəhbərinin diqqət  mərkəzindədir və sözsüz ki, görülən bu işlər hər birimizi sevindirir".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Zəngilan Tahir Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 May 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

El Klassiko 2026: Real Madrid — Barcelona oyununu Azərbaycanda necə izləmək olar?

09 May 2026 16:25see745

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see194

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see183

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see174

Co Koul: “Çelsi”nin xilası Mourinyonun əlindədir”

09 May 2026 16:36see168

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see164

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see163

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see162

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see162

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see161

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see161

Çində ağaclara sistem qoşulur VİDEO

09 May 2026 15:46see158

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see158

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see155

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see153

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see152

Hantavirus yeni COVID 19 dur? ÜST direktoru AÇIQLADI

09 May 2026 16:44see151

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see151

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see151

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri