Icma.az
close
up
RU
Prezidentin səfərləri güclü bir mesaj idi ŞƏRH EDİLDİ

Prezidentin səfərləri güclü bir mesaj idi ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Prezident İlham Əliyevin Füzuli, Hadrut, Şuşa, Xocalı və Ağdama etdiyi son səfərlər həm daxili, həm də xarici auditoriyaya ünvanlanmış dərin strateji məzmun daşıyan diplomatiya nümunəsi idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu səfərlərin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını, işğaldan azad edilmiş torpaqlarda sürətli quruculuq işlərinin aparıldığını və Qarabağda daimi sülhün, inkişafın təmin edilməsinə yönəlmiş qətiyyətli mövqeyi bir daha nümayiş etdirmək idi: "Səfərlər, ilk növbədə, Azərbaycan ictimaiyyətinə ünvanlanan güclü bir mesaj idi. Prezidentin şəxsən bu ərazilərə səfər etməsi vəd edilmiş zəfərin reallığa çevrildiyini göstərdi, xalqın dövlətə olan inamını daha da gücləndirdi. Bu, həm də Qarabağın yenidən həyat qazanacağına dair inamı artırdı. Füzulidə beynəlxalq hava limanının, Hadrutda infrastruktur layihələrinin, Şuşada mədəni həyatın bərpasının, Xocalıda yeni yaşayış məntəqələrinin və Ağdamda görülən tikinti işlərinin nümayişi bu mesajın bariz sübutu oldu. Eyni zamanda bu səfərlər beynəlxalq ictimaiyyətə açıq və qətiyyətli bir mesaj ünvanladı. Prezident İlham Əliyev göstərdi ki, Qarabağ məsələsi tamamilə həll olunub, regionda separatçılığa yer yoxdur. Bu, həm də beynəlxalq hüququn təntənəsi kimi dəyərləndirilə bilər. Azərbaycanın öz gücü və iradəsi ilə ərazi bütövlüyünü bərpa etməsi, regionda sülhün və təhlükəsizliyin təminatçısı rolunu üzərinə götürməsi dünyaya açıq şəkildə nümayiş etdirildi. Səfərlər Ermənistanın revanşist siyasətinə də qəti cavab oldu.

Ümumilikdə, bu səfərlər Azərbaycanın yenilməz iradəsini, inkişaf və quruculuğa yönəlmiş siyasətini, regional liderlik mövqeyini nümayiş etdirən güclü siyasi addım idi. Prezident İlham Əliyevin bu səfərləri tarixi Zəfərdən sonra gələcəyə atılmış qətiyyətli addımların davamı kimi qiymətləndirilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri