Prezidentin tədbirdə iştirakı çox vacib idi ŞƏRH EDİLDİ
Sia Az saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycan Prezidentinin, ümumiyyətlə, Azərbaycanın geniştərkibli Antalya Diplomatik Forumunda iştirakı əvvəlcə Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olmasının göstəricisi sayıla bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin orada iştirakı həmin Forumun səviyyəsinin yüksək olmasını bir daha təsdiqləyir: "Eyni zamanda Prezident orada həm bu platformada iştirak etməklə Azərbaycanın artan beynəlxalq nüfuzunu nümayiş etdirdi, həm də çoxsaylı görüşlər keçirdi ki, bu da çox vacib məsələlər içində xüsusilə də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti ilə olan görüş və digər tərəfdaş ölkələrin rəhbərləri ilə aparılan danışıqlar və keçirilən görüşlər olduqca vacib məqamlardır. Burada Gürcüstanın, Macarıstanın Baş naziri ilə və digər dövlət və hökumət başçıları ilə görüşlərini çox mühüm hesab edirəm. Bunlar vacib görüşlərdir. Hazırda dünyada gedən proseslərdə xarici siyasətin daha çevik işlənməsi baxımından çox vacib idi. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı çox vacib idi. Həm Azərbaycanın özünün qardaş ölkədə keçirilən tədbirə verdiyi önəm baxımından, həm də orada keçirilən görüşlər və əldə olunan nəticələr baxımından çox uğurlu səfər kimi qiymətləndirilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















