Icma.az
close
up
RU
Prezidetin mesajları Azərbaycanın güclü mövqeyindən xəbər verir

Prezidetin mesajları Azərbaycanın güclü mövqeyindən xəbər verir

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində həm ölkəmiz, həm də regionumuzla bağlı olduqca vacib məqamlara toxunub. Azərbaycan Prezidenti hər şeydən öncə ölkəmizin dünyada artan nüfuzunu, gücünü və potensialını xarici auditoriyaya yüksək peşəkarlıqla çatdırıb. Cənubi Qafqazda, Yaxın Şərqdə və dünyada baş verən proseslərə aydınlıq gətirən ölkəmizin başçısı Azərbaycanın regionda qalıcı sülhü,  qarşılıqlı maraqlara əsaslanan münasibətləri təşviq etdiyini bir daha diqqətə çatdırdı.  Dünyanın geosiyasi palitrasının sürətlə dəyişdiyi bir zamanda ölkələrin xarici strategiyalarında korrektələr etməsi, yeni istiqamətlər müəyyənləşdirməsi zərurəti yaranıb. Aparıcı dövlətlərin yenidən qızışdırılan “soyuq müharibə”də aktiv iştirakı və inkişaf etməkdə olan ölkələrin də bu prosesə cəlb edilməsi qlobal siyasi gərginliyi artırır, münasibətlərin bəzi hallarda hərbi mütəvidə aydınlaşdırmasına gətirib çıxarır.  Yalnız müstəqil xarici siyasət yürüdən, milli iradəsi güclü olan siyasi liderlər bu prosesdə tarazlaşdırıcı güc rolunu  qoruyub saxlayır, balanslı yanaşma sərgiləyirlər. Prezident İlham Əliyevin müsahibəsində bu məqamları aydın görmək mümkündür”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Mehriban Vəliyeva  Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, müsahibədə Qarabağda əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yaranan reallıqlar, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi,  bəzi Qərb dövlətlərinin Cənubi Qafqazda gərginliyin yaradılmasına hesablanan siyasətləri, həmçinin Azərbaycanın Ermənistan, Suriya, İran və Rusiya ilə münasibətlərinə geniş aydınlıq gətirilib: “Bu müsahibə dünyada baş verən proseslərə Bakının yanaşmasını öyrənmək üçün müfəssəl və etibarlı məlumat bazasıdır. Ölkə başçısının da müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasında avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu demək idi. Azərbaycan 30 illik işğala, BMT Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrə hörmətsiz yanaşmaya son qoydu. Azərbaycan istəsəydi, 44 günlük Vətən müharibəzi zamanı və ya ötən 5 il ərzində hazırda Ermənistan ərazisi sayılan tarixi torpaqlarımızı – Qərbi Zəngəzuru özünə birləşdirə və beləliklə də, tarixi ədalətsizliyi aradan qaldıra bilərdi.  Biz təcavüzkar, işğal edən deyil, öz doğma torpaqlarını azad edən ölkəyik. Təəssüf ki, Ermənistan Azərbaycanın ona etdiyi böyük güzəştləri görməzdən gəlir, Qərb rayonlarımızı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına mane olur. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh müstəvisində ciddi addımlar atıldı. Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh sənədi paraflandı, eyni zamanda Zəngəzurdan keçən “Tramp dəhlizi” adlanan kommunikasiya xəttinin açılması ilə bağlı razılaşma əldə edildi. Dəhlizin açılması üçün real addımların atılması digər tərəflərdən asılıdır, vaxtın uzadılması bizdə haqlı narahatlıq yaradır.  İran Prezidenti Məsud Pezeşkian haqqında müsbət fikirlər işlədən ölkəmizin başçısı qeyd etdi ki, onunla çox yaxşı işgüzar münasibətlər qurulub: "O, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, çox istedadlı insandır". Bununla belə cənab Prezident müsahibəsində İrandakı bəzi siyasi və iqtisadi təhlil aparmaq qabiliyyətini itirənlərə də mesaj göndərdi.  Zəngəzur dəhlizinin açılması heç bir dövlətə qarşı deyil və heç bir dövlətin sərhədini pozmur, xaricə çıxışını məhdudlaşdırmır. Əksinə bu dəhliz regionda yeni iqtisadi canlanma yaradacaqdır. Azərbaycan-Iran münasibətlərində cənab Prezidentin “siyasi müstəvidə diplomatiyası” bütün qeyri-müəyyən fikirlərə nöqtə qoydu. Zəngəzur dəhlizinin, Araz dəhlizinin, ümumiyyətlə alternativ tranzitlərin region üçün əhəmiyyətinə aydınlıq gətirdi. Ermənistan-İran sərhədləri üçün narahatlığa son qoydu. Azərbaycan hərbi qüdrətinin sülh və təhlükəsizlik missiyasını təqdim etdi.

Cənab Prezident həmçinin son zamanlar Rusiya Azərbaycan münasibətlərində yaranmış gərginliyin də məhz qarşı tərəfin məsuliyyəti öz üzərindən atmaq cəhdi, ölkəmizə, xüsusən də bu ölkədə yaşayan soydaşlarımıza qarşı aqressiya ilə bağlı olduğunu diqqətə çatdırdı. Rusiya hələ də Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasına görə rəsmi üzrxahlıq etməyib, digər hüquqi addımları atmayıb. Əksinə Rusiyada soydaşlarımıza qarşı düşünülməmiş, aqressiv addımlar atılmaqdadır.  “Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu” deyən ölkə başçısı Kremlə 44 günlük Vətən müharibəsinin sonuncu günündə - noyabrın 9-da Qarabağda Rusiyaya məxsus helikopterin vurulmasını və buna görə onun şəxsən Putinə zəng edib üzrxahlıq etməsini xatırlatdı. Rusiyada soydaşlarımıza qarşı anti-insani münasibətlərdən danışan ölkəmizin başçısı baş verənləri “xalqımıza qarşı misli görünməmiş hərəkət” kimi qiymətləndirdi  və Azərbaycan heç vaxt təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək”.

Millət vəkili Azərbaycan Prezidentinin müsahibədə jurnalistin Bakının Suriya ilə münasibətlərinə dair sualına verdiyi cavabı diqqətə çatdırdı: “Məlum oldu ki, Azərbaycanın devrilmiş Bəşər Əsədin rəhbərliyi dövründə Suriya ilə münasibətləri Dəməşqin Ermənistana verdiyi dəstəyə görə heç də rəvan olmayıb. Ölkəmiz Suriyada yeni hakimiyyətə gələn Əhməd Əl Şaraa iqtidarını dəstəkləyir, bu ölkəyə ildə 1,2 milyard kubmetr qazın təchiz edilməsi üzrə razılıq verib. Bu, Suriyanın enerjiyə olan təlabatını müəyyən qədər də olsa, ödəyəcəkdir. Azərbaycanın Yaxın Şərqdə mövqeyinin güclənməsi, ərəb dövlətləri ilə iqtisadi əlaqələrin, xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanının böyük şirkətləri ilə layihələrin həyata keçirilməsi, gələcək perspektivlər Azərbaycanın məhz balanslı çoxvektorlu siyasətindən xəbər verir.  Eyni zamanda cənab Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri arasında birliyin günü-gündən möhkəmləndiyini və bunun sülhə söykəndiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin müsahibədə yer alan fikirləri Azərbaycanın güclü və ədalətli mövqeyə malik olduğunu nümayiş etdirir. Müsahibədən çıxarılan digər qənaət ondan ibarətdir ki, ölkəmizin dəstəklədiyi, təşəbbüskarı olduğu layihələr  regionun geosiyasi arxitekturasını formalaşdırır, sülhə, sabitliyə, əməkdaşlığa xidmət edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Avqust 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see255

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see173

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see161

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see155

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see130

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see130

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see129

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see127

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see125

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see123

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see121

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri