Icma.az
close
up
RU
Prime Cotton un 30 illik yubileyinə həsr olunmuş Aqrar Biznes və Pambıq Festivalı keçirildi

Prime Cotton un 30 illik yubileyinə həsr olunmuş Aqrar Biznes və Pambıq Festivalı keçirildi

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşkilatçılığı ilə Saatlı rayonunda ”Prime Cotton” şirkətinin 30 illik yubleyinə həsr olunmuş Aqrar Biznes və “Pambıq Festivalı” keçirilib.

Festival ölkənin aqrar sektorunda dövlət və özəl tərəfdaşlığın inkişafını, yerli istehsalçıların və innovasiyaların dəstəklənməsini hədəfləyib.

1995-ci ildə əsası qoyulan "Prime Cotton" bu gün “GP Cotton Holdings” qrupunun tərkibində fəaliyyət göstərir və pambıqdan iplik və hazır məhsula qədər bütün istehsal mərhələlərini birləşdirən tam inteqrasiya olunmuş sistemə malikdir.

Şirkət 30 il ərzində “Made in Azerbaijan” brendini 20-dən çox ölkədə tanıdıb, 7000-ə yaxın fermerlə əməkdaşlıq qurub və beynəlxalq "OEKO-TEX®️","Sedex", "ICA", "Higg Index" sertifikatları ilə fəaliyyətini inkişaf etdirib. O cümlədən BCI, NOP, GOTS, ISO 9001, ISO 14001 və ISO 45001 kimi beynəlxalq sertifikatların alınması istiqamətində də fəal hazırlıq aparır.

Bununla yanaşı, "Prime Cotton" Geodentify Ltd (Böyük Britaniya) şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın pambıq istehsalında elmə əsaslanan mənşə və izlənəbilərlik sisteminin tətbiqinə başlayıb.

Yubiley tədbirləri çərçivəsində 3 noyabr tarixində "Prime Cotton" şirkətinin Saatlı filialında “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” adlı Bootcamp proqramı keçirilib.

20-ə yaxın ali təhsil müəssisələrinin tələbələrinin qatıldığı proqramda gənclər rəqəmsal kənd təsərrüfatı, süni intellekt tətbiqləri və aqrar innovasiyalar üzrə layihələrini təqdim ediblər.

4 noyabr tarixində Saatlıda H.Əliyev parkında keçirilən Aqrar Biznes və Pambıq Festivalı, "Prime Cotton"-un 30 illik fəaliyyət yolunu və şirkətin kənd təsərrüfatı sahəsindəki aparıcı rolunu nümayiş etdirib.

Festival kənd təsərrüfatı potensialının tanıdılması, fermerlərə dövlət və özəl sektor dəstəyinin artırılması məqsədini daşıyıb.

Tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər, sahibkarlar, dövlət qurumlarının və aqrar şirkətlərin nümayəndələri, eləcə də ali təhsil müəssisələrinin tələbələri iştirak edib.

Festivalın yekun hissəsində "Prime Cotton" şirkəti ilə 20 ildən artıq əməkdaşlıq edən fermerlər və əməkdaşlar xüsusi mükafatlarla təltif olunub. Tədbir Saatlı Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsert proqramı ilə davam edib.

“Bu yubiley sadəcə bir tarix deyil bu, torpağa olan sevgimizin, əməklə yoğrulmuş inamımızın təntənəsidir. Biz torpağa sədaqət, gələcəyə ümid və insanımıza güvən ilə bu yolda irəliləyirik.” – deyə "Prime Cotton" şirkətinin Baş İcraçı direktoru Rövşən Mahmudov vurğulayıb.

Eyni zamanda, festival çərçivəsində "Prime Cotton"un 30 illik yubleyinə həsr olunmuş video çarx nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Noyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri