Icma.az
close
up
RU
Problem getdikcə dərinləşir:Azərbaycanda kişilər pensiya almadan ölürlər

Problem getdikcə dərinləşir:Azərbaycanda kişilər pensiya almadan ölürlər

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən il Azərbaycanda 59 min 834 nəfər vəfat edib. 

Rəsmi məlumata görə, vəfat edənlərin 37,4%-i və ya 22 min 361 nəfəri 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub. 

Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 45,2%-i və ya 14 min 782 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər. Pensiya yaşına çatmadan ölən qadınların sayı isə 7 min 579 nəfər olub və bu, vəfat edən qadınların 17,9%-ni təşkil edib. 

“Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, pensiya yaşına çatmadan ölüm hallarının yüksək olması uzunmüddətli perspektivdə pensiya sisteminə ikitərəfli təsir göstərə bilər: 

“Bir tərəfdən, bu insanlar əmək fəaliyyəti dövründə sosial sığorta haqları ödəsələr də, pensiya yaşına çatmadıqları üçün yaşa görə pensiya almırlar. Bu, pensiya sisteminin gəlirlərinin müəyyən hissəsinin həmin şəxslər üzrə xərclərə çevrilmədən qalmasına səbəb olur. 

Digər tərəfdən, ölüm hallarının yüksək olması əmək qabiliyyətli əhali və sığorta haqqı ödəyənlərin sayını azaltdığı üçün gələcəkdə pensiya sisteminin gəlir bazasını zəiflədə bilər. Burada əsas məsələ yalnız ölənlərin sayının gələcək pensiyaçıların sayını azaltması deyil, əhalinin yaş strukturunun dəyişməsidir. 

Əmək qabiliyyətli insanların daha erkən yaşlarda vəfat etməsi həm işləyənlərin, həm də sosial sığorta ödəyicilərinin sayını azaldır. Əgər bu proses davamlı xarakter daşıyarsa, gələcəkdə hər bir pensiyaçıya düşən işləyənlərin sayının azalması pensiya sisteminə maliyyə təzyiqini artıra bilər. 

Yəni qısamüddətli dövrdə daha az insanın pensiya alması müəyyən qənaət yaratsa da, uzunmüddətli dövrdə sığorta bazasının daralması daha ciddi problemə çevrilə bilər”. Onun sözlərinə görə, kişilərlə qadınlar arasındakı fərq isə pensiya sistemində ciddi gender asimmetriyası yaradır: 

“Verilən rəqəmlərə görə, vəfat edən kişilərin 45,2 faizi 65 yaşa çatmayıb, qadınlarda bu göstərici cəmi 17,9 faizdir. Bu, kişilərin orta hesabla pensiya sistemindən faydalanma müddətinin qadınlarla müqayisədə daha qısa olması ehtimalını gücləndirir. 

Nəticədə kişilər daha uzun müddət sosial sığorta haqqı ödəyib, daha qısa müddət yaşa görə pensiya ala bilərlər. Bu fərq pensiya sisteminin maliyyə balansına da təsir edir. 

Kişilərin erkən ölümü onların ödədiyi sosial sığorta haqları ilə sonradan aldıqları pensiya arasındakı müddəti qısaldır. Qadınların daha uzun yaşaması isə onların pensiya ödənişlərindən daha uzun müddət yararlanması deməkdir. 

Buna görə pensiya sistemində gender baxımından sadəcə “kişilər az pensiya alır, qadınlar çox alır” yanaşması kifayət deyil. Əmək fəaliyyəti dövründə ödənilən sığorta haqları, pensiyaya çıxma yaşı və pensiyada qalma müddəti birlikdə qiymətləndirilməlidir”. 

Ekspert qeyd edib ki, 65 yaşdan aşağı ölənlərin hamısının gələcək pensiya sisteminə təsirini yalnız pensiya ödənişlərindən yayınan xərc kimi qiymətləndirmək düzgün olmaz: 

“Çünki onların bir hissəsinin ailə üzvlərinə və ya digər şəxslərə ödənilən sosial təminat hüquqları yarana bilər. Bundan başqa, erkən ölüm əmək bazarında işçi qüvvəsinin azalmasına və iqtisadiyyatın itirilmiş əmək potensialına səbəb olur. Əslində bu rəqəmlər pensiya siyasətindən daha geniş bir problemi göstərir. 

Əmək qabiliyyətli kişilər arasında ölüm hallarının yüksək olması səhiyyə, əmək şəraiti, həyat tərzi və sosial-iqtisadi amillərlə bağlı risklərin ayrıca araşdırılmasını tələb edir. Çünki pensiya sisteminin maliyyə dayanıqlığını yalnız pensiya yaşını artırmaq və ya ödənişləri dəyişməklə təmin etmək mümkün deyil. 

Əhalinin daha uzun və sağlam yaşaması, əmək qabiliyyətli insanların daha uzun müddət iqtisadi fəallıq göstərməsi pensiya sisteminin gələcək maliyyə dayanıqlığı üçün də mühüm amildir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

 

Açar sözlər: pensiya Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri