Icma.az
close
up
RU
Problem ondadır ki, bu qaydaları pozanlar azyaşlılar yox, yetkin insanlardır

Problem ondadır ki, bu qaydaları pozanlar azyaşlılar yox, yetkin insanlardır

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Piyadaların təhlükəsizliyinin təmin olunması ilə bağlı cərimələrin artırılması məsələsi geniş müzakirə olunur. Bu yanaşma qayda pozuntularının qarşısını almağa yönəlsə də, onun nə dərəcədə effektiv olduğu və problemin köklü həlli üçün kifayət edib-etmədiyi sual doğurur. Əsas məsələ isə ondan ibarətdir ki, piyadaların təhlükəsizliyini təmin etmək üçün yalnız cərimələr yetərlidirmi, yoxsa daha geniş və sistemli tədbirlərə ehtiyac var.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, piyadaların hərəkət təhlükəsizliyində cərimələrin rolu çox böyükdür və bu, birmənalı şəkildə belə qiymətləndirilməlidir. 
"Çünki piyadalar ümumi hərəkət intensivliyinin əsas və ən vacib iştirakçılarından biridir. Piyadaların qaydalara əməl etməməsi isə ümumi nəqliyyat axınına mənfi təsir göstərir. Son günlər piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz piyadaların özlərinin qaydaları pozması ilə bağlıdır. Belə ki, bəzi hallarda insanlar heç bir təhlükəsizlik qaydasına əməl etmədən, ətrafı izləmədən, sağa-sola baxmadan birbaşa hərəkət hissəsinə çıxırlar".
Ekspert bildirib ki, hadisə yerlərinə baxış zamanı isə aydın olur ki, həmin ərazilərdə yeraltı və ya yerüstü piyada keçidləri mövcuddur və bəzən piyadalar bu keçidlərdən cəmi bir neçə addımlıq məsafədə olduqları halda belə onlardan istifadə etmirlər. 
"Təyin olunmuş yerlərdən keçməmək isə bu cür hadisələrin əsas səbəblərindən biridir. Bu mövzular hər gün müzakirə olunur, təkrar-təkrar xəbərdarlıqlar edilir, lakin nəticə çox vaxt dəyişmir. Problem ondadır ki, bu qaydaları pozanlar azyaşlılar deyil, artıq həyat təcrübəsi olan yetkin insanlardır. Bu isə vəziyyəti daha da düşündürücü edir. Nəticə etibarilə, piyadaların məsuliyyətsiz davranışı nəqliyyat infrastrukturunun düzgün işləməsinə və hərəkətin axıcılığına ciddi maneə yaradır. Buna görə də həm maarifləndirmə, həm də cərimə mexanizmlərinin tətbiqi bu sahədə mühüm rol oynayır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see389

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see330

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see318

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see260

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see257

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see253

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see237

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see235

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see225

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see222

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see218

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see216

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see214

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see211

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see211

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see201

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see200

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see193

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see192

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri