Icma.az
close
up
RU
“Qarabağ”ın oyunçusu: “Problem ondadır ki…”

“Qarabağ”ın oyunçusu: “Problem ondadır ki…”

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Çox çətin oyun keçdi. Çünki Tovuz stadionunda qazon fərqlidir. Üstəlik, “Turan Tovuz” bizə qarşı yaxşı oynadı. Təbii ki, qələbə qazanmaq istəyirdik. Lakin meydandan 1 xalla ayrıldıq. Buna görə də nəticədən razı qala bilmərik”.

QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Misli Premyer Liqasının XII turunda səfərdə “Turan Tovuz”a qarşı keçirilən oyun (0:0) barədə danışarkən deyib. 

Cari mövsümün ilk dövrəsində öz meydanında “Turan Tovuz”a uduzan “Qarabağ” səfərdə də qələbə qazana bilmədi. Polşalı qolkiper iki matçın heç birində Tovuz klubunu məğlub edə bilməmələrinə görə konkret səbəb göstərməkdə çətinlik çəkib: 

“Gördüyüm odur ki, “Turan Tovuz” yaxşı komandadır. Problem ondadır ki, biz fərqlənə bilmədik. Qələbə qazanmaq üçün isə mütləq qol vurmalısan. Təbii ki, öz qapında da top görməməlisən”. 

24 yaşlı qapıçı Tovuzdakı matçda inamlı qurtarışları ilə qapısını toxunulmaz saxlamasına belə münasibət bildirib: “Əlbəttə, komandama kömək etdiyim üçün çox şadam. Lakin mənim üçün daha vacib olan qələbə qazanmaqdır. 3 xal qazanmağımız mənim qurtarışlarımdan daha önəmlidir”. 

Koxalski UEFA Avropa Liqasının dördüncü turunda “Bodo Qlimt”ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Avropa Liqasındakı matçlar fərqlidir. Norveçdə də süni qazonda oynayacağıq. Bizim üçün çətin qarşılaşma olacaq. “Bodo Qlimt” çox güclü komandadır. Avropa Liqasında əvvəlki matçlarında yaxşı nəticələr qazanıb. Bununla belə, səfərdə bu rəqibə qalib gələ bilərik. Hər bir qarşılaşmaya olduğu kimi, bu matça da 3 xal üçün çıxacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Noyabr 2024 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri