Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Problem qiymətdə deyil, işin təşkilindədir

Problem qiymətdə deyil, işin təşkilindədir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

Tarif Şurasının ölkədə elektrik enerjisi, təbii qaz və əhaliyə göstərilən istilik xidməti üzrə qiymətlərə bu ilin yanvarın 2-dən etibarən etdiyi məlum dəyişikliklərdən sonra suya dair də fərqli qiymət siyasətinin yürüdüləcəyi haqda fikirlərin səslənməsi əhalidə narahatlıq doğurub.

Söhbət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasovun bu günlərdə jurnalistlərə verdiyi açıqlamadan gedir.

"Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - deyə, A.Abbasov qeyd edib.

Doğrudur, adıçəkilən şəxs onu da əlavə edib ki, hazırda bu istiqamətdə konkret təkliflər müzakirə olunmur.

Diqqət yetirin, A.Abbasov qeyd edir ki, 1 kubmetr su 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir.

Məsələ bundadır ki, kommunal xidmətlər üzrə bütün cavabdeh qurumlar tarifləri qaldırmaq təklifi ilə çıxış edəndə həmişə məhz bu bəhanəni gətirirlər. Yəni, müvafiq xidmət üzrə xərclərimiz yüksəkdir, qiymət isə aşağıdır və sair...

Bu, düzgün əsaslandır?

Xeyr. Sual olunur, niyə?

Cavabdeh qurumlar tərəfindən hər dəfə ictimaiyyətə açıqlanan bu cür izahatlar müəyyən mənada əsaslı olsa da tam mənada həqiqəti əks etdirmir və etdirə də bilməz. Əsası ona görə var ki, kommunal xidmətlər üzrə bir sıra sahələrdə işlər düzgün qurulmadığından xərclər həqiqətən yüksəkdir.

Lakin xərclərə dair söylənilən rəqəmlərin hansı formada və nəyə əsasən hesablandığı - necə müəyyən edildiyi bəlli deyil.

Ona görə də bu cür açıqlamalara münasibətdə konkret fikir bildirmək və izahat vermək çətin olur. Çünki, problemin kökü əslində təminat və təchizat ilə bağlı strukturlar üzrə işin və xidmətin düzgün təşkil olunmamasındadır. Su sahəsində də belədir, elektrik enerjisi, təbii qaz, ictimai nəqliyyat və sair sahələrdə də.

Yəni, idarəetmə düzgün təşkil olunmayıb və bir çox işlər səmərəli həyata keçirilmir - ciddi struktur böhranı hökm sürür. Başqa sözlə, ardıcıllıq yoxdur, funksional təsnifat düzgün qurulmayıb. Ona görə də xərclər şişir və əldə olunan qazanc çıxarı ödəmir. Yük də, dövlətin üzərinə düşür.

Yeri gəlmişkən, yuxarıda adıçəkilən bütün sahələr üzrə yığım, əhali tərəfindən ödənişlərin yerinə yetirilməsi həcmi və proseduru real olaraq qənaətbəxş və yüksək səviyyədədir. Yəni, heç bir qurum qeyd edə bilməz ki, faktiki göstərdiyi xidmətə görə istehlakçılardan pulunu ala və yığımı təmin edə bilmir. Bu, əvvəlki dövrlərə - 1990-2000-ci illərin əvvəllərinə aid məsələ və yaxud problem idi.

İndi hər şey elektronlaşdırılıb, rəqəmsallaşdırılıb, avtomatlaşdırılıb. Smart-kart sistemi tətbiq edilib. Bundan başqa, digər texnoloji vasitələr mövcuddur - istehlakçı ödənişi yerinə yetirmədikdə xidmət avtomatik olaraq dayandırılır.

Sözügedən qurumların 15-20 il bundan əvvəl ən böyük bəhanələri ondan ibarət idi ki, əhali - abonentlər ödənişi lazımi səviyyədə yerinə yetimədiklərindən yığımı təmin etmək mümkün deyil. İndi isə bu arqument daha işə keçmədiyindən əsas bəhanələri xərclərin çox, tariflərinsə aşağı olması sayılır.

Çünki etiraf edə bilmirlər ki, xidmət mexanizmi və səviyyəsi düzgün təşkil olunmayıb. Hansı ki, problemin kökü əslində məhz bundadır.

Bəs, çıxış yolu nədir? Bu vəziyyəti necə aradan qaldırmaq olar?

Eyni mövzuda ötən şərhlərimin birində yazmışdım ki, Tarif Şurası tərəfindən hər dəfə qiymət artımı siyasəti və davranışı ilə kommunal xidmətlər üzrə keyfiyyəti yaxşılaşdırmaq mümkün deyil. Başqa sözlə, qəpiklərlə artım sayəsində bu sahədə heç bir irəliləyiş əldə etmək olmaz.

Hələ nəzərə almalıyıq ki, Tarif Şurası hər dəfə xüsusən, kommunal xidmətlər üzrə qiymətlərə dəyişikliklər etdikdə, bir çoxları bunu narazılıqla qarşılayır. Halbuki qeyd olunan addım, ən tezi 4-5 ildən bir edilir. Bundan tez tarif dəyişikliyi edilmir.

Qeyd olunan sektora investisiya lazımdır. Bundan ötrü isə kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı və idarəetməni təkmilləşdirmək üçün bu sahələr özəlləşdirməyə çıxarılmalı, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Başqa sözlə, dövlət və hökumət qeyd olunan sahələri idarə etməkdən yaxasını qutarmalıdır.

Təəssüf ki, hökumət buna getmir.

Bəli, sözügedən sahələr təbii inhisar sahələridir və bunları xüsusi mülkiyyətə vermək olmaz. Ancaq istehsal və ya hasilat ilə çatdırılma və yaxud paylayıcı sahələri ayırmaq lazımdır. Bunlar başqa-başqa yanaşma, idarəetmə mexanizmi tələb edən sahələr və sektorlardır. Odur ki, bunları bir-birindən ayrılmalı və xidməti həyata keçirən strukturlar təcili şəkildə satılmalıdır. Nəticədə aydın olacaq ki, problem də məsələn, suyun qiymətində deyil, işin təşkilindəymiş.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see606

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see580

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see578

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see348

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see316

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see304

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see292
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri