Icma.az
close
up
RU
Professor Adil Qeybulla məhbus jurnalistin səhhəti ilə bağlı açıqlama yayıb

Professor Adil Qeybulla məhbus jurnalistin səhhəti ilə bağlı açıqlama yayıb

Icma.az bildirir, Bakupost portalına istinadən.


Tibb elmləri doktoru, professor Adil Qeybulla məhbus jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı açıqlama yayıb.

Xatırladaq ki, ötən həftə məhbus jurnalistin həyat yoldaşı Məlahət Zeynallı Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulduğunu bildirib. M.Zeynallının sözlərinə görə, Ə.Zeynallı təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparılıb, ondan biopsiya götürüblər: “10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” – bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Bu günlərdə kimya terapiyasına başlayacaqlar”.

Bakupost.az xəbər verir ki, professor A.Qeybulla məsələ ilə bağlı açıqlamasında bildirib: “Dəyərli Azərbaycan ziyalısı, tanınmış jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı Məlahət xanımın açıqlamasını hər kəsin diqqətə alması vacibdir. Histoloji verifikasiyadan məlumatsız olsam da, Məlahət xanımın yazısından diaqnozun – «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» olduğunu anladım. Əgər belədirsə, xəstəliyin «wild» və ya «mutagen» forması olduğuna aydınlıq gətirilməlidir. Bu məqsədlə müvafiq genlər yoxlanmalı, sonra isə müalicə istiqaməti seçilməlidir.

Bunları niyə qeyd etməyi zəruri hesab edirəm? Çünki bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasına uyğun gəlir. Yaranmış situasiyada proqnozun kifayət qədər ciddi olması, yetərincə peşəkar müayinə və müalicə tələb etməsi, bu proseslərin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyü ilk növbədə əsas götürülməlidir.

Xəstəliyinin fatal səviyyədə ciddiliyini nəzərə alaraq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi konsilium təşkil etməli, məsələnin təcililiyini müvafiq dövlət strukturları qarşısında qaldırmalıdır. Əvəz Zeynallının səhhətinin təhlükədə olmasını, onun peputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qəti imkan tədbirinin dəyişdirilməsi məsələsi də öz həllini tapmalıdır”.

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-dan həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət almada, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri