Icma.az
close
up
RU
ChatGPT xəstəyə diaqnoz qoya bilməz Professor Adil Qeybulla

ChatGPT xəstəyə diaqnoz qoya bilməz Professor Adil Qeybulla

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diaqnoz qoymaq yalnız həkimin səlahiyyətində olan bir məsələdir

Son illərdə süni intellekt texnologiyaları insanların gündəlik və peşəkar həyatında mühüm yer tutmağa başlayıb. İstifadəçilərə pulsuz fərdiləşdirilmiş və əsaslandırılmış cavabları təqdim edən bu texnologiya həm də səhiyyə sahəsində məlumatların əldə edilməsi vasitəsinə çevrilib. Lakin bu vasitə riskli ola bilər.


Qeyd edək ki, ABŞ-də yaşayan 60 yaşlı kişi, süni intellekt əsasında fəaliyyət göstərən "ChatGPT"dən aldığı səhv məsləhət nəticəsində nadir rast gəlinən xəstəliyə - bromizmə tutulub. Kişi, adi duzun (natrium xlorid) sağlamlığa zərərli olduğunu öyrənərək, daha sağlam alternativ üçün "ChatGPT"yə "duzu nə ilə əvəz etmək olar?" sualını verib. Lakin "chatbot" ona, əlavə izah və xəbərdarlıq olmadan təhlükəli maddə tövsiyə edib. Kişi 3 ay ərzində gündəlik duz ehtiyacını tamamilə natrium bromidlə əvəz edib. Bununla da, onda ağır nevroloji və psixiatrik simptomlar inkişaf edib. Nəticədə o, psixiatriya klinikasına yerləşdirilib. Hazırda xəstə müalicə alır və vəziyyəti tədricən yaxşılaşır.  Natrium bromid — qida üçün nəzərdə tutulmayan, əsasən baytarlıqda istifadə olunan maddədir. Uzunmüddətli qəbulu orqanizmdə yığılıb qalaraq sinir sistemi pozuntuları, halüsinasiyalar, paranoya və psixomotor həyəcan yarada bilir.


İnformasiya texnologiyaları üzrə ekspert Elvin Abbasovun açıqlamasına görə, süni intellekti tam başa düşmədən, mahiyyətini anlamadan istifadə etmək təəssüf doğurur: 

“Süni intellekt sadəcə köməkçi alətdir, yaxşı təhlil edir. Eyni anda milyonlarla fikri, məqaləni təhlil edib, onun nəticəsini bizə verə bilir. Bunların hər birinin fonunda deyə bilərik ki, süni intellekt dövrün ən faydalı alətidir. Lakin onunla necə münasibət quracağımızı, hansı məsləhətləri necə qəbul edəcəyimizi bilməli, təqdim olunan məlumatları hansı mənbədən emal etdiyinə diqqət etməliyik”. Ekspert bildirib ki, süni intellekt insanların internetdə yazdıqları, akademik məqalələr, kitablar və digər məlumatlar əsasında bizə informasiya təqdim edir. Buna görə də bütün məlumatları dəqiq araşdırmalıyıq: Xüsusən də, sağlamlıqla bağlı məsələlər diqqət tələb edir. Süni intellekt xüsusilə texniki məsələlərdə daha çox faydalıdır. Amma sağlamlıq mövzusunda eyni şərhi bildirmək çətindir. Onun təqdim etdiyi məlumatların mütəxəssis tərəfindən təsdiqinə ehtiyac var. Həmçinin, süni intellekt istifadəsində hələ də etik məsələlər tam öz həllini tapmayıb, qanunvericilik təkmilləşməyib. Bu istiqamətdə tədricən işlər görülür. Ümid edirəm ki, gələcəkdə süni intellekti daha yaxşı başa düşəcəyik və onu hansı istiqamətdə istifadə etməli olduğumuzu düzgün qavrayacağıq”.


Professor Adil Qeybulla isə Sherg.az-a açıqlamasında qeyd edib ki, "ChatGPT" proqramları, süni intellekt texnologiyaları və digər bu kimi sistemlər vasitəsilə hər hansı bir xəstəliyə diaqnoz qoyulması qətiyyən məqsədəuyğun deyil:

“Diaqnoz qoymaq yalnız həkimin səlahiyyətində olan bir məsələdir. Təəssüf ki, klinik şəraitdə belə bəzi xəstəliklərin səbəbini müəyyənləşdirməkdə ciddi çətinlik çəkirik. O halda, hər hansı bir proqramın bu işin öhdəsindən gələcəyini düşünmək real deyil. Əvvəlcə qeyd etmək lazımdır ki, bu cür proqramlara verilənlər bazası yerləşdirilir. Proqram həmin məlumatlar əsasında assosiativ əlaqələr quraraq xəstəliyin nə ola biləcəyi barədə yalnız təxmin irəli sürə bilir. Bu isə sadəcə olaraq həkim üçün bir yardımçı vasitə kimi istifadə olunar. Lakin bir daha vurğulamaq lazımdır ki, yalnız bu sistemlərə əsaslanaraq diaqnoz qoymaq yolverilməzdir. Diaqnoz qoymaq üçün dünyanın hər yerində qəbul olunan dəqiq sübutlar-diaqnostik faktlar, patoqnomonik əlamətlər olmalıdır ki, onların əsasında xəstəyə konkret diaqnoz qoyulsun. Daha sonra bu diaqnoza uyğun şəkildə müalicə və profilaktik tədbirlər həyata keçirilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Avqust 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri