Icma.az
close
up
RU
Professor Cahangir Məmmədli: Məktəbdə görüş məni uşaqlığıma qaytardı

Professor Cahangir Məmmədli: Məktəbdə görüş məni uşaqlığıma qaytardı

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli “Məktəbdə...” layihəsinin qonağı olub.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Layihənin yeni dərs ilində ilk görüşü paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

Görüşdə C.Məmmədli Ağdamın Novruzlu kəndindən başlayan həyat yolundan, məktəb illəri ilə bağlı xatirələrindən, müəllimlərinin həyatında oynadığı roldan, məşğul olduğu fəaliyyət sahələrindən, həyatda və peşəsində uğur qazanmasına təsir edən amillərdən danışıb.

Qonaq 30 il Ağdamsız yaşayıb yenidən doğma torpaqlara qovuşmağın bəxtiyarlığından, işğaldan azad olunduqdan sonra yurd yerlərimizdə canlanan yeni həyatın insanlara bəxş etdiyi xoşbəxtlikdən söz açıb.

Qloballaşan dünyanın bu gün məktəb, müəllim və şagirdin qarşısına qoyduğu tələblərdən, təhsilə ictimai baxışdan, hər zaman qorunmalı olan müəllim nüfuzundan danışan qonaq şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, maraqlı mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb. “Bu məktəb məni uşaqlığıma qaytardı”, - deyən C.Məmmədli sagirdlərlə ünsiyyətdən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri