“Bu məktəb məni uşaqlığıma geri qaytardı” professor Cahangir Məmmədli
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Məktəbdə...” layihəsinin qonağı olub.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin yeni dərs ilində ilk görüşü paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Məktəblilərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə C.Məmmədli Ağdamın Novruzlu kəndindən başlayan həyat yolundan, məktəb illəri ilə bağlı xatirələrindən, müəllimlərinin həyatında oynadığı roldan, məşğul olduğu fəaliyyət sahələrindən, həyatda və peşəsində uğur qazanmasına təsir edən amillərdən danışıb.
Qonaq 30 il Ağdamsız yaşayıb yenidən doğma torpaqlara qovuşmağın bəxtiyarlığından, işğaldan azad olunduqdan sonra yurd yerlərimizdə canlanan yeni həyatın insanlara bəxş etdiyi xoşbəxtlikdən söz açıb.
Qloballaşan dünyanın bu gün məktəb, müəllim və şagirdin qarşısına qoyduğu tələblərdən, təhsilə ictimai baxışdan, hər zaman qorunmalı olan müəllim nüfuzundan danışan qonaq şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, maraqlı mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb. “Bu məktəb məni uşaqlığıma geri qaytardı”, deyən C.Məmmədli sagirdlərlə ünsiyyətdən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:Professor Cahangir Məmmədli: Məktəbdə görüş məni uşaqlığıma qaytardı
16 Oktyabr 2025 17:39
Cahangir Məmmədli “Məktəbdə...” qonaq olacaq
15 Oktyabr 2025 14:11
61 ci kurs tələbəsi professor Cahangir Məmmədli: Dedi ki, səndən deyəsən jurnalist olacaq
20 Oktyabr 2025 00:37
“Bayquş və Qarovulçu”nun fəlsəfi dünyası Cahangir Məmmədli yazır
17 İyun 2025 14:24
Akademikin polifonik yaradıcılığında azərbaycanşünaslıq və türkşünaslıq Cahangir Məmmədli yazır
09 İyul 2025 16:14
Baxış sayı:135
Bu xəbər 17 Oktyabr 2025 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















