Icma.az
close
up
RU
Professor: Ermənistanın atom elektrik stansiyası regiona qoyulmuş bir bombadır

Professor: Ermənistanın atom elektrik stansiyası regiona qoyulmuş bir bombadır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Ermənistanın atom elektrik stansiyasında bir çox ciddi problemlər var. Əgər həmin ərazidə zəlzələ baş verərsə, tullantıların toplanıldığı poliqonlar və digər təhlükəli sahələr də zərər görə bilər və bu halda bütün fəsadlar bizim istiqamətimizə yönələcək. Oradan yayılan radioaktiv maddələrin hava axınları vasitəsilə bizim ərazilərə daxil olması ehtimalı çox yüksəkdir. Bir sözlə, Ermənistanın atom elektrik stansiyası regiona qoyulmuş bir bombadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri, professor İslam Mustafayev iyunun 3-də keçirilən mətbuat konfransında səsləndirib.

İ.Mustafayev, həmçinin deyib: “Biz bu ictimai mübarizəni təşkil edərkən atom enerjisinə və ya müasir texnologiyalara qarşı çıxmaq niyyəti daşımırıq. Bizim etirazımız risk mənbəyi olan, köhnəlmiş, texniki cəhətdən nasaz vəziyyətdə olan və təbiətin zəlzələyə meyilli bölgəsində yerləşən bu obyektin fəaliyyətinə qarşıdır. Bundan əlavə, bu stansiyanın yerləşdiyi ölkə kifayət qədər ixtisaslaşmış insan resurslarına və mütəxəssislərə malik deyil. Həmçinin bu ölkənin qonşu dövlətlərə qarşı ərazi iddiaları da var. Belə bir şəraitdə bu cür təhlükəli texnologiyanın istifadəsi qəbulolunmazdır”.

İslam Mustafayev qeyd edib ki, sözügedən atom elektrik stansiyası Ermənistanın paytaxtı İrəvan şəhərindən təqribən 60-70 kilometr, Türkiyə sərhədindən 16 kilometr, Azərbaycan sərhədindən 60 kilometr, Gürcüstan sərhədindən isə 120 kilometr məsafədə yerləşir. Bu stansiya, əslində, regionun dörd ölkəsinin kəsişdiyi ərazidə yerləşir. Əgər burada hər hansı qəza baş verərsə, bu, sadəcə bir ölkəni deyil, bütün regionu ciddi təhlükə altına alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see244

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see236

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see188

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see166

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see133

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri