Icma.az
close
up
RU
Professor: Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlanmasını istəmir

Professor: Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlanmasını istəmir

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanmalıdır. Çünki onların başqa alternativi yoxdur. Son zamanlar tərəflərin sülh əldə etmək üçün apardıqları müzakirələr alqışlanmalıdır. Azərbaycan sülhün əldə edilməsini, regionda kommunikasiyaların açılmasını, ticarət əlaqələrinin olmasını istəyir və buna hazır olduğunu bildirir. Ermənistan tərəfi də son zamanlar sülhün əldə edilməsində maraqlı olduğunu bəyan edir. Amma təəssüflər olsun ki, regionun bəzi dövlətləri Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini və sabitliyin yaranmasını istəmirlər”.

Bunu “Reytinq” qəzetinə müsahibəsində sabiq dövlət müşaviri, professor Qabil Hüseynli deyib.
Q. Hüseynli qeyd edib ki, sülhə yaxın vəziyyəti pozmaq, bölgədə qarşıdurma və gərginlik yaratmaq niyyətləri də var: “Fikrimcə, Rusiya belə bir prosesin baş verməsində maraqlıdır. Təəssüflər olsun ki, Cənubi Qafqazda sülhün olması rusların maraqlarına uyğun deyil. Ancaq mən inanmıram ki, indi Rusiya bölgəni qrşıdurma meydanına çevirə bilər. Məncə, onun belə bir potensialı yoxdur”.
Professorun sözlərinə görə, hazırda əsas məsələ Azərbaycan və Ermənistanın mövqeyidir. “Əgər bu iki ölkə sülhə doğru birlikdə davam edərsə, bu zaman Rusiyanın əks-sülh vəziyyəti yaratmaq niyyəti baş tutmaz. Ola bilsin, nələrsə edə, ürək bulandıra bilər, amma böyük mənada məqsədinə çata bilməz. Əksinə, sülh əldə etmək istəyən tərəflər prosesin sonunda buna nail olarlar. Odur ki, son sözü sülh bağlayan tərəflər deyəcəklər”,- Q. Hüseynli əlavə edib.
Professorun fikrincə, Cənubi Qafqazda sülh məsələsində İran da Rusiya ilə eyni mövqeyi bölüşür və sülhdə maraqlı deyil: “İran da istəyər ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmasın. Əksinə, gərginlik, münaqişəyə yaxın bir şey olsun, bu iki ölkə bir-biri ilə yola getməsin. Düzdür, son zamanlar İran prezidenti Pezeşkian bir sıra işlər həyata keçirir. Məsələn, Təbriz və Tehrandan Bakıya təyyarə reysləri açılıb və s. Ancaq rus və farsların niyyəti başqadır. Onlar bir ananın övladları kimidir”.
Q. Hüseynli ümid edir ki, Ermənistanla sülh imzalanacaq və Azərbaycan tərəfi öz maraqlarını təmin edəcək. Eləcə də Ermənistan sülh sazişini imzalamaqla müstəqil siyasət aparacaq, eyni zamanda normal qonşuluq siyasətinə üstünlük verəcək.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 İyul 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri