Icma.az
close
up
RU
Ermənistanın regiona inteqrasiyasının yeni mərhələsi

Ermənistanın regiona inteqrasiyasının yeni mərhələsi

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə Cənubi Qafqazın gələcək nəqliyyat-siyasi düzəninə dair mühüm siqnallar təqdim etdi.

Prezidentin söylədiyi ən diqqətçəkən məqam Ermənistanın həm Naxçıvan üzərindən İranın dəmir yolu sisteminə, həm də Azərbaycanın əsas ərazisi vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcəyinə dair açıqlaması oldu. Bu fikir əslində Bakının uzun müddətdir qurduğu regional inteqrasiya modelinin məntiqi davamıdır. Əgər bu nəqliyyat bağlantıları reallaşarsa, Ermənistan ilk dəfə olaraq öz üzərinə illərlə qoyduğu coğrafi blokadanı yumşaltmaq, iqtisadi nəfəs yollarını bərpa etmək və regionun real infrastruktur şəbəkəsinə inteqrasiya olmaq imkanı qazanacaq.

Bu, həm də Cənubi Qafqazda uzun müddət davam edən qarşılıqlı bağlılıq problemlərinin aradan qalxması deməkdir. Çünki, nəqliyyat əlaqələri təkcə yük daşımaları deyil, həm də siyasi münasibətlərin yumşalmasına xidmət edən ən praktik mexanizmdir.

Digər tərəfdən, Prezident Əliyevin verdiyi mesaj Azərbaycanın regionda formalaşan yeni düzənin mərkəzində dayandığını aydın şəkildə göstərir. Bakı həm Rusiya, həm də İranla sabit nəqliyyat xətlərinin açılmasında həlledici rol oynayır və bu səbəbdən Ermənistanın yeni marşrutlara qoşulması yalnız texniki məsələ deyil, siyasi seçimdir. Ermənistan üçün İran və Rusiya ilə birləşdirici dəmir yolu modelləri iqtisadi baxımdan cəlbedici görünsə də, onların icrası Azərbaycanın razılığına və regiondakı təhlükəsizlik balansına bağlıdır. Bu isə Bakının proseslərə nəzarət mexanizmini gücləndirir və Ermənistanı daha rasional davranmağa, revanşist ritorikadan uzaqlaşmağa sövq edən əlavə təzyiq aləti yaradır.

Əslində, Prezident Əliyevin açıqlaması bir daha göstərdi ki, Bakı regionun gələcək nəqliyyat xəritəsini formalaşdıran əsas aktordur və Ermənistanın bu sistemdən kənarda qalmaq imkanı artıq yoxdur. Bu, həm sülh gündəminə xidmət edir, həm də Cənubi Qafqazın qarşılıqlı asılılıq əsasında yenidən qurulan iqtisadi-siyasi modelə keçidinin vacib mərhələsidir.

Züriyə Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri